Birinci Alıbəyli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Tarixi Birinci Alıbəyli kəndi Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Kəndin ərazisi əvvəllər Ağdam rayonunun Alıbəyli kəndinin yaylaq yeri olmuşdur. Sonralar həmin kənddən köçüb gəlmiş ailələr yaylaq yerində məskunlaşmış, yeni kəndə də öz əvvəlki adlarını vermişlər.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.139
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri