Göydərə — Azərbaycan Respublikasının Qobustan rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
Tarixi
Coğrafiyası və iqlimi Kənd coğrafi mövqeyinə görə il boyu başı qarlı Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəyindəki Gicəki dağı (Gicəki d., 1047 m) zirvəsinin qərbində yerləşir. Göydərə kəndi insan sağlamlığı üçün vacib olan son dərəcə rütubətsiz və əlverişli quru iqlim şəraitinə malikdir. Kəndin dəmyə torpaqları və geniş otlaq sahələri var.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmış şəxsləri İlqar Məmmədov (1971) — Riyaziyyat elmləri doktoru, AMEA-nın professoru, baş elmi işçi. Telman Güləliyev — Biologiya elmləri namizədi. Ağaseyid Camalov — Cərrah. Vəli Vəliyev — İqtisad elmləri namizədi.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Din Kənddə Göydərə kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qobustan rayonunun kəndləri Kateqoriya:Ərəbqədim (Qobustan) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri