thumbnail|Əmir Xosrov və şagirdləri Sultan Hüseyn Bayqaranın "Məclis əl-Üşşaq" əsərindən miniatür

Əmir Xosrov Dəhləvi () — Hindistanın türk əsilli böyük şair və musiqiçisi. Dəhləvi özündən sonra çox zəngin bir irs qoyub getmişdir. XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndi təzkirələrinin birində Əmir Xosrov haqqında bilgi verərkən Xosrov Dəhləvi divanının 4 - 5 yüz min beyt arasında olduğunu qeyd edir. Əmir Xosrov dühasına dəlalət edən faktlardan biri də onun, nəzm və nəsr nümunələrini eyni ustalıqla yaratmasıyla bərabər, elmi əsərlər də qələmə almasıdır. Üstəlik, böyük musiqiçi və musiqişünas da olmuşdur. O, musiqinin həm nəzəri, həm də təcrübəi aspektləri ilə bilavasitə məşğul olmuşdur. Haqqında çap edilən kitablar 4 aprel 2023-cü ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Əmir Xosrov Dəhləvi” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, “Ön söz”ünün müəllifi və məsul redaktor filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyevadır.“Əmir Xosrov Dəhləvi” kitabı çap olunub

Həmçinin bax Dəhləvi Əmir Xosrov. Şirin və Xosrov / Tərcümə ed., ön sözün və şərhlərin müəl. A. Sarovlu.- B.: Avrasiya Press, 2006.- 248 s.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hindistan şairləri Kateqoriya:XIII əsr şairləri Kateqoriya:XIV əsr şairləri Kateqoriya:Fars dilində yazan şairlər Kateqoriya:Fars şairlər Kateqoriya:Alimlər Kateqoriya:Sufi şairləri Kateqoriya:İctimai sahədəki yazıçılar Kateqoriya:Hindistan sufiləri