Göynüyən — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Göynüyən kəndi düzənlikdədir. Tədqiqatçılara görə, oykonimin birinci komponenti göynük Türkiyə toponimiyasında da yayılmış coğrafi termindir və "açıq yer, tala, çəmənlik" mənalarında işlənir. Oykonimin sonundakı -ən isə cəmlik və məkan bildirən topoformantdır. Belə olduqda, Göynüyən toponimi "talalar, çəmənliklər" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 378 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Goranboy rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Kateqoriya:Goranboy rayonunun kəndləri