Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; ) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının xalq yazıçısı
Ailəsi Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.
1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.
Həyatı thumb|Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu ilİlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər . president.az, 01.03.2019. Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.
Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Fəaliyyəti Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. left|thumb|200px|Anar və Ziya Bünyadov 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikasının Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.
Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.
Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi —Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı — anl.az saytı Azərbaycan SSR Dövlət mükafatı —Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1980-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il tarixli Qərarı — anl.az saytı Azərbaycan Respublikasının Xalq yazıçısı "İstiqlal" ordeni "Şöhrət" ordeni "Şərəf" ordeni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 "Heydər Əliyev Mükafatı" "Humay" mükafatı Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) "Şərəf" medalı "Üzeyir Hacıbəyli" medalı "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı "Əmək" ordeni "Dostluq" ordeni (2023) "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024
Əsərləri
Povestləri Ağ liman (1965) Dantenin yubileyi Macal Dədə Qorqud Əlaqə Ömür yolu. Yaradıcılığı Otel otağı
Romanları Beşmərtəbəli evin altıncı mərtəbəsi Kərəm kimi (sənədli roman) Söz dünyası (5 cilddə)
Hekayələr və pyesləri Sənin nəğmən yaxşıdır (pyes) (1952) Keçən ilin son gecəsi (1960) Bayram həsrətində (1958) Asqılıqda işləyən qadının söhbəti (1959) Sabah ayıq olacayıq (1959) Yağışlı gecə (1960) Taksi və vaxt (1961) Vahimə Əlifba (1967) Yaxşı padşahın nağılı (1970) Yağış kəsdi Otel otağı O gecənin səhəri Mütləq görüşərik Qırmızı "Limuzin" Gürcü familyası (1967) Sizi deyib gəlmişəm Şəhərin yay günləri Mən, sən, o və telefon (1967) Sizsiz Muhakkak görüşürüz — mütləq görüşərik Ağ qoç, Qara qoç (2003) Səhra yuxuları Yaşamaq haqqı Unudulmaz görüşlər Qaragilə Ləyaqət Təhminənin son sirri (2021) Qatardan qalan adam (2024)
Molla Nəsrəddin — 66 Zarafatsız Məlumat Gülməşəkər kəndinin sabahı Zəncir Rəng Başımızın ağası Əl əli yuyar və yaxud bozbaş dəstgahı Sayların sərgüzəşti Bir stəkan su Maraqlı tədqiqat Marallarım Molla Nəsrəddin — 86
"Molla Nəsrəddin" yüz on il sonra "Molla Nəsrəddin" yüz on il sonra (2016) Heç məni demirsən… (2015) Futbol reportajı (2013) Bir güllə bahar olmaz (2013) Sürüş Suruş Naqqal Nağı və Əzizənin ərizəsi Burda… Orda… Burda…
Tərcümələri
Filmoqrafiya Filmin adı İl Ssenari müəllifi Əsər müəllifi Quruluşçu rejissor Aktyor İştirakçı Haqqında Filmin növü Dəniz 1965Qısametrajlı sənədli film Torpaq. Dəniz. Od. Səma 1967Tammetrajlı bədii film Qobustan 1967Qısametrajlı sənədli film Hər axşam on birdə 1968Tammetrajlı bədii film Bu, Səttar Bəhlulzadədir 1969Qısametrajlı sənədli televiziya filmicenter|50px Gün keçdi 1971Tammetrajlı bədii film Nəsimi 1971Qısametrajlı sənədli film Gecə işıqları 1972İki hissəli bədii film Yığıncaq 1972 --> Xatirələr sahili 1972Tammetrajlı bədii film --> Var olun, qızlar… 1972Tammetrajlı bədii film --> Dədə Qorqud 1975Tammetrajlı bədii film Daş saat 1975qısametrajlı sənədli film Daşlar danışanda 1976Qısametrajlı sənədli film İşgüzar adamlar (film, 1977) 1977"Mozalan" süjeti Dantenin yubileyi 1978Tammetrajlı bədii film Ötən ilin son gecəsi 1978Tammetrajlı televiziya tamaşası Üzeyir ömrü 1981Tammetrajlı bədii film Yeni Qədim Gəncə 1981Qısametrajlı sənədli film Evləri köndələn yar 1982Tammetrajlı bədii film Ötən ilin son gecəsi 1983Tammetrajlı bədii film Aşıqlar 1983Tammetrajlı sənədli film Daş saatın səsi 1985Qısametrajlı sənədli film Qəm pəncərəsi 1986Tammetrajlı bədii film Bu, Mircavaddır 1987Qısametrajlı bədii televiziya filmicenter|50px Gün keçdi 1971Tammetrajlı bədii film Nəsimi 1971Qısametrajlı sənədli film Gecə işıqları 1972İki hissəli bədii film Yığıncaq 1972 Xatirələr sahili 1972Tammetrajlı bədii film Var olun, qızlar… 1972Tammetrajlı bədii film Dədə Qorqud 1975Tammetrajlı bədii film Daşlar danışanda 1976Qısametrajlı sənədli film İşgüzar adamlar (film, 1977) 1977"Mozalan" süjeti 1978Tammetrajlı bədii film 1978Tammetrajlı televiziya tamaşası Üzeyir ömrü 1981Tammetrajlı bədii film Ötən ilin son gecəsi 1983Tammetrajlı bədii film Qəm pəncərəsi 1986Tammetrajlı bədii film
Ssenari müəllifi və quruluşçu rejissor olduğu bədii filmlər Sözsüz mahnı (film, 1972) (ssenari müəllifi) (quruluşçu rejissor) Evləri köndələn yar (film, 1982) (ssenari müəllifi) İmtahan (film, 1987) (ssenari müəllifi); Əlaqə (film, 1989) (ssenari müəllifi); Təhminə (film, 1993) (ssenari müəllifi); Otel otağı (film, 1998) (ssenari müəllifi); Nigarançılıq (film, 1998) (ssenari müəllifi) Cavid ömrü (film, 2007) (ssenari müəllifi) Sübhün səfiri (film, 2012) (ssenari müəllifi)
Əsərləri əsasında çəkilmiş bədii filmlər Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (Anarın eyniadlı romanı əsasında); Sizə məktub var (film, 1998) (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında) Aktyorun əsgisi (film, 2004) TRT. Türkiyə. (Anarın "Dantenin yubileyi" povesti əsasında) (ssenari müəllifi Atilla Engin, quruluşçu rejissor Feyzi Tuna, operator Koksan Kolkal, bəstəkar İlyas Mirzəyev. Rollarda Fərhan Şensoy, Suna Kesgin, Rasim Öztəkin və b.); Tilsim (film, 2005) (Anarın "Vahimə" hekayəsi əsasında). "Ve telefon". Türkiyə. (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında); rejissor Nuran Evren. Mən, sən, o və telefon (film, 2014) (Anarın eyniadlı əsəri əsasında)
Ssenariləri əsasında çəkilmiş sənədli filmlər Dədə Qorqud dühası (film, 1999) (ssenari müəllifi); Dağ dağa rast gəlməz. (Mozalan süjeti) (ssenari müəllifi).
Ssenariləri əsasında çəkilmiş televiziya filmləri Dirsə xan oğlu Buğac boyu (film, 2000) Salur Qazanın evi talandığı boy (film, 2001)
Ssenariləri əsasında çəkilmiş cizgi filmləri Basatın igidliyi (film, 1988) (ssenari müəllifi).
İdeyası əsasında çəkilmiş filmlər Evləri göydələn yar (film, 2010) (ideya və süjet)
Haqqında çəkilmiş sənədli filmlər Anarla üz-üzə (film, 1988) — (Mərkəzi Televiziyanın sifarişi ilə Anar haqqında çəkilmiş iki hissəli sənədli film. Azərbaycantelefilm. Ssenari müəllifi Zeynal Məmmədov, rejissor Ramiz Mirzəyev (Həsənoğlu), operator Adil, bəstəkar Cavanşir Quliyev. Bəstəkarın ifasında səslənən mahnının sözləri Rəsul Rzanındır). Anarın anları (film, 2008) — Azərbaycan televiziyasında istehsal edilmiş tammetrajlı sənədli televiziya filmi. Rejissor: Ramiz Həsənoğlu.
Maraqlı faktlar Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə "Anar" "anmaq" ("xatırlamaq", "yada salmaq") feilindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır. Kinoşünas Ayaz Salayevin iddiasına görə, rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "Sizə məktub var" (You've Got Mail) filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib."525-ci qəzet", 7 oktyabr, 1999
Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. Anara kino fenomeni demək olarmı? TƏHLİL
İstinadlar
Xarici keçidlər "Şəxsi əşyalar" verilişinin qonağı xalq yazıçısı Anardır — Vasif Ayanın müəllif layihəsi, YouTube Anar 78 yaşını qeyd edir (14. mart 2016) Anarın əsərləri
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:"Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilənlər Kateqoriya:Vaqif Səmədoğlu medalı ilə təltif olunanlar Kateqoriya:"Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilənlər