İslam (, əl-'islām), hərfi tərcümədə: "təslim olma, (Allaha) itaət etmə") — Quran və dinin banisi Məhəmməd peyğəmbərin təlimlərinə əsaslanan ibrahimi monoteist din. Dünya üzrə təxminən 2 milyard ardıcılı olan və xristianlıqdan sonra dünyanın ikinci ən böyük dini hesab edilən İslamın tərəfdarlarına müsəlman deyilir.

İslam dini alt=|thumb|İslamın qibləsi olan Kəbədə müsəlmanlar|right "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq).

İslam tək olan Allaha () itaət etmək deməkdir.

İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır."İslamın əsas ehkam tək həqiqi ilahini – Allahı tanımaqdır. Çoxallahlılıq ən ağır günah hesab olunur. Allah göylərin və yerin və onların üzərində nə varsa hamısının xaliqidir və insanlar üzərində hökm sürür. Axirətdə səbirli möminləri zövq-ləzzət, günahlıları isə cəhənnəm atəşi gözləyir." (Ziya Bünyadovun "Dinlər, təriqətlər, məzhəblər". Azərbaycan nəşriyyatı, 1997, səh. 108.) Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır. Nübuvvət – sonuncusu Məhəmməd peyğəmbər olmaqla 124.000 peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə, eləcə də mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə və bu kitablara iman gətirməkdir. Məad – hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək.

İslam dinini qəbul edənlər müsəlman adlanırlar.

Müsəlmanlar, Allahın buyurduqlarını və İslamın müqəddəs kitabı Qurandan və İslamın peyğəmbəri Məhəmmədin etdiklərini sünnə öyrənib, özlərinə örnək götürürlər.

Müsəlmanlar hər gün 5 vaxt namaz qılmalı, Ramazan ayının orucunu tutmalı və müstəti olanlar (yəni maddi və fiziki imkanı olanlar) ömürlərində heç olmasa bir dəfə Həcc ziyarətinə getməlidirlər. Bundan başqa müsəlman islami vergiləri — xums və zəkat, eləcə də fitrə zəkatı verməlidir. Ümumiyyətlə, İslam qanunları tələb edir ki, hər bir müsəlman böyük günahları tərk eləsin.

İslam dünyanın ən geniş yayılmış ikinci böyük dini(Guinness World Records 2003, pg 102) http://muslim-canada.org/muslimstats.html və sürətlə yayılan dinlərdən biridir. Dünyada təqribən 1 milyard 720 milyona yaxın müsəlman yaşayır. Əksər müsəlmanlar İslamın iki cərəyanından birinə mənsubdur; bunların 85–95% sünni, 5–15% şiədir. Müsəlmanların təxminən 13%i ən böyük müsəlman ölkəsi olan İndoneziyada yaşayırMiller (2009), pp.8,17, 25% Cənubi Asiyada, 20% Yaxın ŞərqdəSee:* Esposito (2002b), p.21* Esposito (2004), pp.2,43 * Miller (2009), pp.9,19, 2% Orta Asiyada , 4% Cənub-şərqi Asiya ölkələrində və 15% Afrikada. İslam – üç dünya dinindən biridir. İslam icmaları 120-dən çox ölkədə var. Onlar 1,2–1,5 milyard insanı birləşdirir. 35 ölkənin əhalisinin çoxu müsəlmandır. İslam 28 ölkənin rəsmi dinidir.

İslamın beş şərti İslam dini rəmzinin birinci və ən mühüm müddəası olan və "Lə İləhə İlləllah va Məhəmmədən Rəsullulah" ("Allahdan başqa İlahi yoxdur və Məhəmməd onun rəsuludur") sözü ilə ifadə olunan şəhadət; müsəlmanın gündə 5 vaxt ibadət etməsini nəzərdə tutan salati-zikr (farsca namaz); zəkat – ehtiyacı olan müsəlmanların nəfinə vergi, sədəqə; ramazan ayı ərzində tutulan oruc; Məkkənin ziyarəti – hər bir müsəlmanın həyatında heç olmasa bir dəfə yerinə yetirməli olduğu həcc. 

İslam tarixçiliyinin təşəkkül prosesi İslam tarixinin təşəkkülü, Quranın nazil olması və hədislərin tərtibinin yanında, müxtəlif İslam elmlərinin yazılışı ilə birlikdə başlayır. Həqiqətən müsəlmanlar, tarix elminin ilk qurucuları olmaqla birlikdə, fikri tərəfdən tarixçiliyin liderlərindəndirlər. İslam tarixi, Mədəniyyət tarixi, Dinlər və Məzhəblər tarixi, Təfsir tarixi, Düşüncə tarixi və Sənət tarixi kimi tarix elmləri vasitəsilə tarixçiliyin inkişafında və təkmilləşməsində mühüm rol oynadılar.

İslam Peyğəmbəri Hz. Məhəmməd (s.a.s), Miladi 571-ci ildə, o vaxtlar "Ümmül-Qura (kəndlərin beşiyi) deyə adlandırılan Məkkədə doğuldu. Məkkə əlbəttə Allahın yerüzündəki mələklərinin paytaxtı, inananların dəstə-dəstə ziyarətə gəldikləri, həcc etdikləri Allahın Beytinin, müsəlmanların qibləgahının yerləşdiyi yer olması səbəbi ilə belə adlandırılmışdır.

Quranda tarix Miladi tarixlə 610-cu ildə Məkkədə, oxumağı əmr edən və kəlamı tərifləyən ilk vəhylə "İslam Çağrısı", Hz. Məhəmməd (s.ə.a.s) in Peyğəmbərliyi dövrü başlandı. Məhəmməd peyğəmbər Məkkə şəhərində məskunlaşan Qüreyş qəbiləsinin Bəni-Haşim (Haşimoğulları) qoluna mənsub olmuşdur. Hər tərəfdən cahilliyə qarşı olan İslam Çağrısı yer üzərində ən böyük inqilabdır. İslam inqilabın qaynağı olan Quran, ancaq İslam əqaid və ibadət əsaslarını ortaya qoymaqla qalmadı, ümumi olaraq bəşər tarixindən dəlillər gətirdi; bu doğrulama və şahidləndirmə hadisəsində yaradılış, dinlər, hökmdarlar, nəbilər və əvvəlki qövmlərin qissələri, bir-biriləri ilə olan əlaqələri yer aldı. Quran təməldə İslam təlimindən bəhs edərkən, əvvəlki millətlərin və hökmdarların inanc, əxlaq, sosyal və ekonomik vəziyyətləri haqqında məlumat verdi, daha sonra araşdırmasını kainatın əhvalı ilə doğrudan əlaqəli olaraq müxtəlif insan qruplarının öz ölkələrindəki vəziyyətləri üzərində sıxlaşdırdı. Əslində Quran, tarixdə insanoğlunun yaşadığı hadisələri təqdim edərkən insana dünya həyatını yaşama tərzini öyrədir, yaxşı və pisdən birini seçməklə baş-başa buraxır. İlk müsəlmanlar bunlar olmuşdur: Məhəmməd peyğəmbərin həyat yoldaşı Xədicə binti Xüveylid, əmisi oğlu Əli ibn Əbu Talib və yaxın dostu Əbu Bəkr ibn Əbu Qühafə.

Xüsusən Əbu Cəhl ləqəbli Əmr ibn Hişam, peyğəmbərin öz əmisi olan Əbu Ləhəb ləqəbli Əbdülüzza ibn Əbdülmüttəlib kimi Məkkənin nüfuzlu şəxsləri İslama böyük kin və nifrət bəsləyərək yeni dini boğmağa çalışmışlar.

Quranın insanlığa təqdim etdiyi ilahi çağrışın surə və ayələrindəki təməl həqiqətlərdən biri "tarix hadisəsi"dir. Bu hadisələr Quranda dəyişik şəkillər alır və böyük bir davamlılıq içərisində gəzər və insan qruplarının irəliləyişi parelellik göstərir. Bütün bunlarda insanın dəyişkənliyi və aldığı müxtəlif rəftarlar gözün qabağına gətirilir. Bu tərəfləri ilə tarixi hadisələr Quranın əhəmiyyətli hissəsini düzəldir. Quranın istənilən surəsində mütləq bir tarixi hadisə izah edilir. Tarixi hadisələr isə, müxtəlif düşüncə axınları və rejimləri üçün təcrübə tarlası və onların güclərini sübut etdikləri, zəifliklərini göstərdikləri bir meydandır.

Quranın bu tarix anlayışı, əsas etibarilə, insan təbiətinin dərinləşmənin başa düşülməsi üçün qurulmuşdur. Bu baxımından Quranda təqdim edilən tarix görünüşü həyatın həqiqətləri ilə uyğun haldadır. Yəni Quranın tarix anlayışı, insanın tarixdəki fərdi və ictimai xüsusiyyətinin üzərinə qurulmuşdur.

Eyni şəkildə Quran, insanlığın qədim dövlərinə aid çoxlu hadisələrdən söhbət gedir və geniş məlumat verir. Beləliklə Quran, bir tərəfdən insana tarixi öyrədir və bir tərəfdəndə hadisələrdən ibrət alınmasını saxlayır. Quranda zikredilən tarixi hadisələri səbəb və nəticələri ilə birlikdə başa düşmək və onlara hökm edən "İlahi Sünnəti" kəşfetmək insandan istənilən ən əhəmiyyətli xüsus olmaqdadır.

Ona görə də bu səbəblərdəndir ki, Qurani-Kərim, İslamın və onun tarixinin təməl qaynağıdır; üzərində geniş olaraq durmaq, onun məzmununu yaxşı bilmək həm insanlıq tarixini həm də İslam tarixini asanlıqla başa düşməyinizi təmin edəcəkdir.

Hədislərdə tarix İslamın ilk təmsilçilərinin tarix elminin inkşafı üçün göstərdikləri səy nəticəsində bu elmin müsəlmanlar arasında ən yaxşı şəkildə bilməyə kömək etdi. İlk müsəlmanlar, həyatın hər tərəfi ilə bağlı məsələlərdə tarix azuqəsini toplamağa çalışdılar; o dövrün dövlət adamları və tanınmış insanları haqqında məlumat əldə etdilər. Rəvayətlərin və onlara dayanan hadisələrin mütləq görən şahidlərinə istinad etməsini istədilər. Tarix elminə qərbdə və şərqdə çox əhəmiyyət verirdilər. Nəticədə tarix elmi, ilk müsəlmanların köməyi ilə, həqiqətlərin qaynağı olduğu kimi, bu yeni tarix metodu da müsəlmanların tarixi hadisələri araşdırma və öyrətmə metodu oldu.

Beləliklə müsəlmanlar, Hz. Peyğəmbər dövründən etibarən tarixə əhəmiyyət verdilər. Tarix elmi zamanla inkişaf etdi və uyğunlaşdı. Hz. Peyğəmbərin sözlərini, fellərini və haqqında bildiklərini əshab ayrı-ayrı səhifələrdə tədvin etdilər, bilib topladıqlarını öyrətdilər. Nəticədə İslam elmlərinin tədvin, təsnif və tərtibi hadisəsi başladı. Müsəlmanlar çox sağlam təməllər üzərində dinlərin əsaslarını aşkar etdilər. İslamın pozulmadan və dəyişmədən bu günə qədər gəlməsinə nail oldular. Aralarında çıxan fikir ayrılığlarını Kitab və Sünnət işığında həll etdilər. Dini vəsiqələr ən sağlam vəsiqələr olduğundan, gərək din gərəksə İslamın ilk illərində meydana gələn hadisələr, İslamın və Müsəlman xalqının ilk günləri bu dini-tarixi vəsiqələr üzərində tərəfsiz olmağı ilə ortaya qoyulmağa çalışıldı.

Bir tərəfdən səhabələr Hz. Peyğəmbərdən eşitdikləri və bildikləri hədisləri səhifələr və ya kitabcıqlar tədvin etdilər. Mustafa Əl-Uzma, açığca hədis tədvinində olduğları bilinən səhabələrin sayının ən az 50 olduğunu bildirirkən, Bəlazuriyə çatan bir xəbərə görə isə səhabələr içərisində oxuyan-yazanların ancaq 17 adam olduğu deyilir. Hammamın rəvayət etdiyi Əbu Hüreyrə səhifəsi, Ənəs ibn Malik səhifəsi də belədir. Sad ibn Ubadə, Cabir ibn Abdullah da hədis səhifəsinə sahibdirlər. Ancaq, Hz. Peyğəmbərin sağlığında hədis tədvin edən Amr ibn Hazm Əl-Ənsari, Ənəs ibn Malik, Abdullah ibn Amr ibn As kimi səhabələr hədisləri bölümlərə ayırmadılar. Hz. Peyğəmbərin danışdığı zamana və illərə görə təsnif etmədilər.

İslam tarixçiliyinin təşəkkülündə, Siyər, Məğazi, Təbaqat və Təracim növündən İslam tarixi qaynaqlarının da hədis tədvinin payı çox böyükdür. Eyni şəkildə ravilərin və xəbərlərə əsas təşkil edən rəvayətlərin "Kutubu-Sittə" və digər əhəmiyyətli hədis kitablarının köməyi böyük oldu. Hədis rəvayətləri mətn və sənət tərəfindən araşdırılmasına, ravilərin vəziyyətini izah etməyə əhəmiyyət vermələri ilk İslam tarixi verilənlərinin, Siyər və Məğazi kitablarının sağlam və inanılan təməllərə dayanmasına kömək oldu.

İslam tarixçiliyinin qaynaqları İslamın, Quranın açıqlaması mövzusunda "Sünnət" bu şəkildə zəbt edildi. Hədis məlumatlarının inanılacaq rəvayətlərlə araşdırılan Sünnət, Quranı da təvatür yolu ilə bilməyimizi başa saldı, yəni rəvayətçilik kitabullahın təməllərindən biri oldu. Hədis kitabları, İslam tarixinin qaynaqları arasında, Qurandan sonra, 2-ci sıra da yer aldı.

Tarixi qaynaqlar, hansı növdən olursa olsun, şifahi və ya yazılı bəzi maddələrdən hazırlanır. Tarixə aid məlumatları verən bu maddələrə tarixin qaynağı deyilir. Tarixlə, yeni mövzuların və insanların çoxlu yaşayış şəkilləri və davranışlarımıza görə yaşadığımız zamanla qalan müşahidələrimizə dayanan az bir bölümü kənarında, Ümumiyyətlə başqalarının bildirdiklərinə dayanır. Yenədə keçmişdəki hadisələri yazılı və şifahi olaraq öyrənirik. Başqa bir sözlə, başlanğıcdan bu tərəfə yazılı olaraq deyilən xəbərlər, kitabələr, şəcərələr, təqvimlər və hal tərcümələri, səyahətnamələr tarixin yazılı qaynağını; özünün və ya başqalarının başından keçənləri mənzum və ya mənsur hekayələr tərzində nəqledənlərin rəvayətləri, tanınmış şəxslərin ağızdan-ağıza keçən qissələri, dastanları, lətifələr və fıkraları da şifahi tarix qaynaqlarını əmələ gətirir.

Tarixi tədqiq etməyin ən əhəmiyyətli tərəflərindən birisi bu yazılı və şifahi qaynaqların ən yaxşı şəkildə dəyərləndirilməsidir, ilk əvvəl qaynaq seçimi, sonra fikir bildirmək və dəyərləndirmə, daha sonra da əldə edilən bilikləri qarşlılaşdırılması və doğruluğlarının araşdırılması lazımdır. Ancaq belə bir metod təqib edildiyi təqdirdə tarixin qaynaqları, xurafələrdən və tarix elmi də xurafəçiliydən və təhrifçiliydən qurtula biləcəyi kimi, tarixçilikdə obyektivlik təməl ilki də qurulmuş olacaqdır.