thumb|400x400px|A sample thread pool (green boxes) with waiting tasks (blue) and completed tasks (yellow) Kompüter proqramlaşdırmasında axınlar hovuzu () kompüter proqramında icra konkurensiyasına nail olmaq üçün proqram təminatı layihələndirmə şablonudur. Çox vaxt replika olunmuş işçilər və ya işçi-komanda modeli də adlandırılanGarg, Rajat P. & Sharapov, Ilya Techniques for Optimizing Applications - High Performance Computing Prentice-Hall 2002, p. 394 axınlar hovuzu nəzarətçi proqram tərəfindən konkurent icra üçün tapşırıqların təyin olunmasını gözləyən çoxsaylı axınları saxlayır. Axınlar hovuzunu saxlamaqla model məhsuldarlığı artırır və qısamüddətli tapşırıqlar üçün axınların tez-tez yaradılması və məhv edilməsindən yaranan icra gecikmələrinin qarşısını alır. Digər müsbət xüsusiyyəti isə mövcud olanlardan daha az axından istifadə edildikdə sistem yükünü məhdudlaşdırmaq imkanıdır. Mövcud axınların sayı proqram üçün əlçatan olan hesablama resurslarına, məsələn, icra başa çatdıqdan sonra paralel tapşırıq növbəsinə uyğun tənzimlənir.

Performans Axınlar hovuzunun ölçüsü tapşırıqları icra etmək üçün ehtiyatda saxlanılan axınların sayıdır. Bu, adətən proqramın məhsuldarlığını optimallaşdırmaq üçün tənzimlənən parametrdir. Optimal axın hovuzu ölçüsünün müəyyən edilməsi məhsuldarlığın optimallaşdırılması üçün çox vacibdir.

Hər bir tapşırıq üçün yeni axın yaratmaqla müqayisədə axınlar hovuzunun üstünlüyü odur ki, axının yaradılması və məhv edilməsi xərcləri yalnız hovuzun ilkin yaradılması ilə məhdudlaşır, bu da daha yaxşı məhsuldarlıq və sistem sabitliyi ilə nəticələnə bilər. Axının, habelə onunla əlaqəli resursların yaradılması və məhv edilməsi vaxt baxımından baha başa gələn proses ola bilər. Lakin ehtiyatda həddindən artıq çox axının olması yaddaşı israf edir və işlək axınlar arasında kontekst dəyişməsi məhsuldarlıq itkilərinə səbəb olur. Bir çox prosessor dövrü tələb edə bilən digər şəbəkə qovşağına soket bağlantısı birdən çox şəbəkə əməliyyatı müddətində yaşayan axınla əlaqələndirilməklə daha səmərəli şəkildə qorunub saxlana bilər.

Axınlar hovuzundan istifadə hətta axının işə düşmə vaxtı bir kənara qoyulsa belə faydalı ola bilər. Elə axınlar hovuzu reallaşdırmaları mövcuddur ki, onlar axınları əllə idarə edərkən əldə etməyin çətin olduğu yüksək səviyyədə işləri növbəyə düzməyi, konkurensiyanı idarə etməyi və axınları sinxronlaşdırmağı çox sadələşdirir. Belə hallarda istifadənin məhsuldarlıq üstünlükləri ikincidərəcəli ola bilər.

Adətən, axınlar hovuzu tək bir kompüterdə icra olunur. Lakin axınlar hovuzları ümumi ötürücülük qabiliyyətini artırmaq məqsədilə əsas prosesin (özü də axınlar hovuzu ola bilər) tapşırıqları müxtəlif kompüterlərdəki işçi proseslərə payladığı server fermaları ilə konseptual olaraq əlaqəlidir. Utancverici dərəcədə paralel (embarrassingly parallel) problemlər bu yanaşmaya çox uyğundur.

Axınların sayı gözləyən tapşırıqların əsasında tətbiqin işləmə müddəti ərzində dinamik şəkildə tənzimlənə bilər. Məsələn, veb-server çoxlu sayda veb-səhifə sorğusu gəldikdə axınlar əlavə edə, həmin sorğular azaldıqda isə axınları silə bilər. Daha böyük axınlar hovuzuna sahib olmağın xərci artan resurs istifadəsidir. Axınların nə vaxt yaradılacağını və ya məhv ediləcəyini müəyyən etmək üçün istifadə olunan alqoritm ümumi məhsuldarlığa təsir göstərir:

Həddindən artıq çox axının yaradılması resursları israf edir və istifadə olunmayan axınların yaradılmasına vaxt sərf edir. Həddindən artıq çox axının məhv edilməsi sonradan onları yenidən yaradarkən daha çox vaxt tələb edir. Axınların çox yavaş yaradılması zəif müştəri məhsuldarlığı ilə (uzun gözləmə müddətləri) nəticələnə bilər. Axınların çox yavaş məhv edilməsi digər prosesləri resurslardan məhrum edə bilər.

Nümunələr Bash-də, məsələn, xargs-də --max-procs / -P vasitəsilə həyata keçirilir:# Paralel olaraq 5 URL-i oxu urls=( "https://example.com/file1.txt" "https://example.com/file2.txt" "https://example.com/file3.txt" "https://example.com/file4.txt" "https://example.com/file5.txt" )

printf '%s\n' "${urls[@]}" | xargs -P 5 -I {} curl -sI {} | grep -i "content-length:"

Go dilində bu işçi hovuzu adlanır:package main

import ( "fmt" "time" )

func worker(id int, jobs <-chan int, results chan<- int) { for j := range jobs { fmt.Println("işçi", id, "işə başladı", j) time.Sleep(time.Second) fmt.Println("işçi", id, "işi bitirdi", j) results <- j * 2

func main() { const numJobs = 5 jobs := make(chan int, numJobs) results := make(chan int, numJobs)

for w := 1; w <= 3; w++ { go worker(w, jobs, results)

for j := 1; j <= numJobs; j++ { jobs <- j

close(jobs)

for a := 1; a <= numJobs; a++ { <-results

Həmçinin bax

Paralel hesablama

İstinadlar

Kateqoriya:Paralel hesablama