Ayfər Gök (;) — türk əsgəri. O, 23 yaşında təlim uçuşu zamanı təyyarəsinin qəzaya uğraması nəticəsində vəfat edib.
Ayfər Gök "Türkiyənin ilk qadın pilot şəhidi" kimi xatırlanır. Həyatı Gök 28 noyabr 1977-ci ildə Türkiyənin Burdur ilinin Bucak ilçəsində anadan olub. Yük maşını sürücüsü olan atası Halit Göku o, bir yaşında olarkən itirib. Üç bacısı və anası Ümmügülsüm Göklə birlikdə böyüyüb. Ailəsinin maddi vəziyyətinə kömək etmək məqsədilə evlərinin balkonunda qurulan xalça dəzgahında kilim toxuyub. Orta təhsilini başa vurduqdan sonra Orta Şərq Texniki Universitetinin Riyaziyyat fakültəsinə qəbul olub. Lakin astsubay olan əmisi Kemal Gökunun tövsiyəsi ilə Hava Hərb Məktəbində təhsil almağa qərar verib. 1994-cü ildə leytenant namizədi kimi başladığı dördillik təhsilini 1998-ci ildə yüksək nəticə ilə başa vurub. Daha sonra Çiğli Ana Jet Bazasında iki il uçuş təlimi keçib. Hava Hərb Məktəbində təhsil aldığı dövrdə dostu Kemal Karlıtepe ilə nişanlanıb.
Gök 8 may 2000-ci ildə Konya şəhərində yerləşən 3-cü Ana Jet Baza Komandanlığında xidmətə başlayıb. 9 fevral 2001-ci ildə F-5 tipli təyyarə ilə təlim uçuşu həyata keçirərkən təyyarə naməlum səbəbdən qəzaya uğrayıb. Təyyarə Karamanın Ermenek ilçəsində, Yunt dağlarının ətəklərindəki meşəlik əraziyə düşüb. Gök qəza nəticəsində 23 yaşında həlak olub.
O, doğma şəhəri Bucakda yerləşən Hacısarılar qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində tabutunun üzərinə Türkiyə bayrağı ilə yanaşı, hərbçi papağı, qırmızı yaylıq və gəlin duvağı qoyulub.
23 yaşında həyatını itirən Gök Türkiyənin "ilk şəhid qadın pilotu" kimi tanınır.
Xatirəsi Ayfər Gökun xatirəsi ölümündən sonra da yaşadılıb. Bacıları Ayşegül və Güllü, qardaşlarının vəfatından sonra dünyaya gələn övladlarına onun adını verərək Ayfer qoyublar. Leytenant Ayfer Gökun adı ölümündən sonra müxtəlif təhsil müəssisələrinə və ictimai məkanlara verilib. Onun adını daşıyan yerlər arasında aşağıdakılar vardır:
Antalyanın Konyaaltı ilçəsində Şəhid Leytenant Ayfer Gök uşaq bağçası; Burdurun Bucak rayonunda bir Anadolu liseyi; Burdurda İbrahim Zeki Burdurlu küçəsində yerləşən bir yolayrıcı; Mardinin Artuklu ilçəsində bir orta məktəb; Konyanın Səlcuqlu ilçəsində bir uşaq bağçası; Burdurun Tefenni ilçəsində bir uşaq bağçası; Diyarbəkirin Yenişehir ilçəsində bir uşaq bağçası.
Ayfər Gökun təyyarəsinin qəzaya uğradığı yerdə çoban Hikmət Dəmircan tərəfindən onun xatirəsinə məzar hazırlanıb. 2020-ci ildə Ermenek Bələdiyyəsi tərəfindən həmin məzarın ətrafında abadlıq işləri aparılıb.
İstinadlar
Kateqoriya:Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasının məzunları Kateqoriya:Türkiyə pilotları