Berta (; ) — Kastiliya, Qalisiya və Leon kraliçası.
Kim olduğu və şəcərəsi bəlli deyil. Burqundiya qrafı I Vilyamın və ya Savoyya qrafı II Amadeyin nigahdan kənar qızı olduğu iddia edilir.
25 noyabr 1093-cü ildə Kastiliya, Qalisiya və Leon kralı VI Alfonso ilə evləndi. Cütlüyün bu nigahdan övladı olmadı. Tarixi mənbələrdə haqqındakı ən son qeyd bir fərmanı təsdiqlədiyi 17 noyabr 1099-cu ilə aiddir. 15 yanvar 1100-cü ilə aid bir kral fərmanında isə artıq vəfat etdiyi göstərilir. Onun bu 2 tarix arasında vəfat etdiyi güman edilir.
Mənbə
Ədəbiyyat
Elorza, Juan C.; Vaquero, Lourdes; Castillo, Belén; Negro, Marta (1990). Junta de Castilla y León. Consejería de Cultura y Bienestar Social, ed. El Panteón Real de las Huelgas de Burgos. Los enterramientos de los reyes de León y de Castilla (2ª edición). Valladolid: Editorial Evergráficas S.A. ISBN 84-241-9999-5 Martínez Diez (2003). Alfonso VI: señor del Cid, conquistador de Toledo. (Historia). Madrid: Temas de Hoy. ISBN 978-84-8460-251-4 Salazar y Acha, Jaime de (1992-1993). «Contribución al reinado de Alfonso VI de Castilla: algunas aclaraciones sobre su política matrimonial». Anales de la Real Academia Matritense de Heráldica y Genealogía (Madrid: Real Academia Matritense de Heáldica y Genealogía) II. ISSN 1133-1240