Danimarkalı Fridrix (; ; ) — Kalmar (Danimarka-Norveç-İsveç) kralı I Fridrixin oğlu, rahib.
1532-ci ildə dünyaya gəldi. Atası Danimarka-Norveç kralı I Fridrix, anası isə onun ikinci xanımı və Polşa kralı IV Kazimirin nəvəsi Pomeraniyalı Sofiyadır. Uşaqlıq illəri anasıyla birlikdə Kildəki malikanədə siyasi həyatdan uzaq keçdi. Burada lüteran məzhəbinin şərtlərinə uyğun böyüdüldü. Kral1533-cü ildə atasının vəfat etməsinin ardından onun ilk evliliyindən doğulan oğlu III Kristian taxta çıxdı. Ögey qardaşının səltənətində kral sarayında məskunlaşdı və kralın ən kiçik oğlu kimi ənənəvi olaraq dini təhsilə yönləndirildi.
Həyatı haqqında yetərli məlumat yoxdur. 1551-ci ildə Şlezviq rahibi seçildi və ölümünədək bu vəzifədə qaldı. 1556-cı ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Grewolls, Grete (2011). Wer war wer in Mecklenburg und Vorpommern. Das Personenlexikon (in German). Rostock: Hinstorff Verlag. p. 2457. ISBN 978-3-356-01301-6 Due-Nielsen, C.; Feldbæk, O.; Albrectsen, E.; Petersen, N.; Frandsen, K.E. (2001). Dansk udenrigspolitiks historie (in Danish). Danmarks Nationalleksikon. p. 290. ISBN 978-87-7789-101-4
İstinadlar Kateqoriya:Norveç şahzadələri