Brandenburqlu Anna (; ; ) — Şlezviq-Holşteyn hersoginyası, alman zadəganı.
1487-ci ildə Berlində dünyaya gəldi. Atası Brandenburq kürfürstü Con Sisero, anası isə Türingiyalı Marqaritadır. 1500-cü ildə Kalmar (Danimarka-Norveç-İsveç) kralı I Conun kiçik qardaşı Şahzadə Fridrixlə nişanlandı. Hər ikisi də Brandenburq kürfürstü I Fridrixin nəticəsi idi. Bu səbəblə, evlənmələri üçün Roma papası VI Aleksandrdan xüsusi icazə alındı. Cütlüyün toy mərasimi 10 aprel 1502-ci ildə tarixi Stendal şəhərində baş tutdu. Eyni toy mərasimində öz qardaşı Brandenburq kürfürtsü I İoahim Nestor da kralın qızı Şahzadə Yelizaveta ilə evləndirildi. Bu evlilikdən sonra Şlezviq-Holşteyn hersoginyası ünvanı daşımağa başladı. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.
III Kristian (1503-1559) Doroteya (1504-1547)
Ancaq səhhəti həssas idi və uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyi səbəbilə 3 may 1514-cü ildə Kil şəhərində vəfat etdi. Vəfat etdiyi əsnada 28 həftəlik hamilə olduğu bilinir.
Mənbə
Ədəbiyyat
Langhoff Koch, Louise (2021). Kongernes kvinder : dronninger, elskerinder, friller og maitresser i den danske kongerække fra Christian 1. til i dag. Muusmanns forlag. ISBN 9788794155564
İstinadlar