Danimarkalı Doroteya (; ) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kralı II Kristianın qızı, Pfals kürfürstü.
1520-ci ildə Kopenhagendə dünyaya gəldi. Atası Norveç və Danimarka kralı II Kristian, anası isə Kastiliya kraliçası Dəli Yuannanın qızı İzabelladır. Atasının 1523-cü ildə taxtdan endirilməsindən sonra ailəsiylə birlikdə Belçikanın Lierre şəhərində sürgündə yaşadı və dayısı olan Müqəddəs Roma imperatoru V Karlın hərbi dəstəyini gözlədilər. Burada 1526-cı ildə anasının vəfatından sonra xalası Avstriyalı Mariya və anasının bibisi Avstriyalı Marqarita tərəfindən himayə edildi.
Böyük qardaşı vəliəhd Conun 1532-ci ildə vəfat etməsinin ardından sürgündəki atası II Kristianın sağ qalan ən böyük övladı kimi Danimarka, Norveç və İsveç taxt iddiasını irəli sürdü. 18 may 1535-ci ildə Brüsseldə Pfals kürfürstü V Lüdviqin qardaşı Fridrixlə evləndirildi. Nikah əsnasında bəyin 53, gəlinin isə 15 yaşı vardı. Siyasi məqsədlərlə baş tutan bu nikahdan cütlüyün övladı olmadı.
1544-cü ildə əri II Fridrix kürfürst ünvanı aldı. 1546-cı ildə protestant məzhəbini qəbul etdi. 1556-cı ildə əri vəfat etdi və qalan illərini Pfals qəsrində yaşadı. 1559-cu ildə atasının həbs tutulduğu qalada vəfat etməsinin ardından Norveç kraliçası ünvanı aldı. Ancaq onun suverenliyi heç vaxt tanınmadı.
1580-ci ildə vəfat etdi və cənazəsi Heydelberqdəki Müqəddəs Ruh kilsəsinə dəfn olundu.
Mənbə
Ədəbiyyat