Macarıstanlı Anna (; ) — Macarıstan kralı V İştvanın qızı, imperatriça.

Təxminən 1260-cı ildə doğuldu. Macarıstan kralı V İştvan və Kuman Yelizavetanın qızıdır. 8 noyabr 1273-cü ildə Bizansın imperatoru VIII Mixailin oğlu ortaq imperator Andronik Paleoloqla evləndirildi. Cütlüyün 2 oğlu doğuldu.

IX Mixail Paleoloq (1277-1320) Konstantin Paleoloq (1278-1334)

Qaynatasının ölümü və ərinin təkbaşına hakimiyyəti ələ almasından bir il öncə 1281-ci ildə vəfat etdi.

Mənbə

Ədəbiyyat

İstinadlar