thumb|300px|Xalq əyləncəsi
Qaravəlli— adətən nağılların arasında, aşıqların dediyi kimi, "nağılın yaralı" yerində işlənirdi. Başqa ərazilərdə bu lətifə ilə əvəz olunsa da, Ağbabada qaravəlli əsas sayılırdı. Bu həm də el sənətkarının ustalığını da göstərirdi. Çünki qaravəlli həcmcə lətifədən böyükdü, həm də onu söyləmək də asan deyildi, yeri gələndə aşıq özü bədahətən də yaradırdı. Bəzən həcmcə kiçik olan nağıllar danışanda, ya da aşıq rəvayətlərindən söz açanda məclisin bir neçə yerində qaravəllidən istifadə lazım gəlirdi. Buna görə də aşıq bu işin ustası olmalı idi. Bu bir ənənə olduğundan istər Ağbaba, istərsə də Gümrü sənətkarları qaravəlli ustası idilər.Tacir Səmimi. Sözüm-söhbətim Ağbaba. Bakı, UniPrint, 2026.səh.278.
"Qaravəlli Azərbaycan folklorunun tarixən aktual janrlarından olub. Qaravəlli mətnləri epik növə daxil olan nağıl, lətifə, əfsanə, rəvayət və s. kimi janrlardan ciddi şəkildə fərqlənir: epik və dramatik növün fövqündə dayanan, mətn-təhkiyə tərəfilə epik folklora, mərasimi tərəfilə dramatik folkora aid olan janrdır". Folklorşünas Tahir Orucov bu fikirdədir. Azərbaycan folkloru olduqca zəngindir. Son illər folklorşünaslığımızda bir çox problemlərlə bağlı maraqlı araşdırmalar yaranıb. Tahir Orucov ilk dəfə olaraq 200-ə qədər qaravəlli mətnini geniş araşdırmaya cəlb edib. Bu araşdırmada qaravəllilərin digər epik janrlar içərisində yeri müəyyənləşdirilib, qaravəlli janrının təsnifatı aparılıb. T. Orucov deyir: "Qaravəlli janrı Azərbaycan folklorunun epik növünə daxil olan janr kimi uzun onilliklər ərzində diqqətdən kənarda qalıb. Folklorun epik və dramatik növlərini əhatə edən bu janrın poetikasını dəyərləndirmək çətin iş olub. Bu janrın toplanması və tədqiqinə dair mövcud işlər isə qaravəllilərin zənginliyinə uyğun olmayıb. Şifahi xalq ədəbiyyatı Azərbaycan ədəbi düşüncəsinin və Azərbaycan xalqının misilsiz söz inciləri xəzinəsidir. Onun öyrənilməsi həmişə Azərbaycan alimlərinin diqqət mərkəzində olub. Bu proses xeyli əvvəllər başlasa da, XX yüzildə kəmiyyət, keyfiyyət baxımından ciddi inkişaf yolu keçib. Şifahi xalq ədəbiyyatının əksər janrları indiyə kimi kifayət qədər öyrənilib tədqiq olunsa da, hələ araşdırılmamış janrlar və problemlər də az deyil. Belə az öyrənilən və tədqiq edilməyən janrlarından biri də qaravəlli janrıdır".Uğur. Xalq Cəbhəsi.- 2013.- 11 aprel.- S.14.. Güldürən, düşündürən qaravəllilər…https://anl.az/down/meqale/xalqcebhesi/2013/aprel/302733.htm Qaravəlli adətən nağılın ümumi məzmunu ilə səsləşmir, yalnız dinləyicilərin diqqətini cəlb etmək, onları maraqlandırmaq məqsədi daşıyır. Ondan sonra giriş sözləri ("Biri varmış, biri yoxmuş, Allahdan başqa heç kim yoxmuş", "Günlərin bir günündə, Məmmədnəsir tinində, toyuqların hinində") gəlir. Nağılçılar hadisələri bir-biri ilə əlaqələndirmək və söhbəti şirinləşdirmək üçün ənənəvi cümlə və ifadələr işlədir: "Nağıl dili yüyrək olar", "Az getdi, üz getdi, dərə, təpə düz getdi" və s..
Qaravəlli tamaşaları tamaşaçıları güldürüb, eyni zamanda düşündürüb. Bu cəhətlərinə görə qaravəlli tamaşaları həmişə tamaşaçılar tərəfindən sevilib və qiymətləndirilib. Qaravəlli yaradıcıları onları yaradarkən bir neçə məqsəd güdüblər: birincisi, o dövrün gopçu, yalançı adamlarına, xüsusilə, şişirtmə, reallıqdan kənar ov macəraları uyduran ovçularına gülmək; ikincisi, bəzən bir şeyə nail olmaq istəyəndə bu tip yalanlar danışmaqla kimin daha çox fantaziyaya malik olduğunu nümayiş etdirməklə həmin əşyaya sahib olmaq; üçüncüsü, reallıqdan kənar olan, gülüş, məzəlik doğuran epitet və təşbehlərlə, dinləyicilərdə təbəssüm, xoş ovqat yaratmaq. Bu növ qaravəllilərdə "Çaxmağı yox tüfənglə quş vurulur", "Tiyəsi yox bıçaqla ov soyulur", "Ördəyin əti altı yox qazanda bişirilir", "Qarışqa şıllaq atıb, dəvənin buynuzunu sındırır", "Aftafadan su zəmiyə töküləndə o, gurhagurla yanmağa başlayır", "Qarpızın üstündə körpü salınır və onun içərisində üç gün-üç gecə yol gedilir", "Baldırı qırıq hörümçəyin belinə xurcunla minib, Araz çayı keçilir", "Dəvənin qarnı yarılıb oradan fil çıxarılır" və s. Bu ifadələr qaravəlli oxucularında və dinləyicilərində təbəssüm, xoş əhvali-ruhiyyə yaradır, günlərlə davam edən nağıl, dastan məclislərində tamaşaçıların bir növ yorğunluğunu çıxarır, onlara sanki yeni nəfəs, yeni ruh bəxş edir. Bu tip nümunələr, dünyanın əksər xalqlarında geniş yayılıb və populyarlıq qazanıb. Bu növ qaravəllilərin belə populyarlıq qazanması yazılı ədəbiyyata da təsir edib. Azərbaycan ədəbiyyatında Ə. Haqverdiyevin, S. S. Axundovun və başqalarının bir sıra əsərlərində bu tip qaravəllilərin təsiri hiss olunur. Dünya ədəbiyyatında isə E. Rapsenin "Baron Minhauzenin sərgüzəştləri" əsərində Baron Minhauzenin başına gələn sərgüzəştlərin əksəriyyətində belə qaravəllilərin əlamətlərini açıqca hiss etmək mümkündür. Gopçu Baronun "Top gülləsinə minib aya uçması", "Qışda kilsə qülləsinə bağladığı atının qar əridikdə qüllədən asılıb qalması", "Maralın başında albalı ağacını bitirməsi", "Bir neçə ördəyi eyni vaxtda sünbəyə keçirməsi və o andaca onların göydə kabab olaraq yerə düşməsi" və s. qaravəllilərin yalan-palan növündəki söylənən şişirtmə, uydurma, yalan və goplarla çox uzlaşır".Uğur. Xalq Cəbhəsi.- 2013.- 11 aprel.- S.14.. Güldürən, düşündürən qaravəllilər…https://anl.az/down/meqale/xalqcebhesi/2013/aprel/302733.htm
İstinadlar
Xarici keçidlər Azərbaycan dili "Qaravəlli" NAĞIL OBRAZLARI*QARAVƏLLİ*İZAH Azərbaycan dili 2-ci sinif ll hissə
Ədəbiyyat Tacir Səmimi. Sözüm-söhbətim Ağbaba. Bakı, UniPrint, 2026.səh.278. Qaravəllilər, nağıllar / tərt.: H. M. Tantəkin, S. Əliyev.- Bakı: Yazıçı, 1988.- 173 s. Tahir Orucov. Qaravəlli Janrının Poetikası. "Nurlan" 2009.199 səh.