Əli Həsən oğlu Terequlov () — Azərbaycan pedaqoqu və ictimai xadim.
Həyatı Əli Həsən oğlu Terequlov 1881-ci ildə (bəzi mənbələrdə 1883-cü ildə) Tiflisdə anadan olmuşdur. Qori Müəllimlər Seminariyasında təhsil almış, 1904-cü ildə seminariyanı bitirdikdən sonra müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Burada o, sonralar yaxın dostu və qohumu olan Üzeyir Hacıbəyovla tanış olmuşdur. Zaqafqaziya Müəllimlər Seminariyasındakı illəri barədə Əli Terequlov xatirələrində yazırdı:
Daha sonra Bakıya köçən Əli Terequlov "Hacıbəyov qardaşları truppası"na daxil olmuşdur. 1908-ci ildə "Leyli və Məcnun" operasının ilk tamaşasında birinci skripka partiyasını ifa etmişdir.
Əli Terequlov "Səadət cəmiyyəti" tərəfindən 1908-ci ildə Bakıda yaradılmış məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir. Nicat cəmiyyətinin 1906-cı ildə IV Rus-Azərbaycan məktəbinin nəzdində açdığı ilk cümə məktəbində müdirliyi Əli Terequlov etmişdir. Qori Seminariyasının məzunlarına yuxarı məktəblərdə dərs demək hüququ verilmədiyi üçün Əli Terequlov 1913-cü ildə Ümumtəhsil Kursları Cəmiyyətinin birillik kursuna daxil olmuş, oradakı təhsilini uğurla başa vuraraq Qafqaz Tədris Dairəsinin ali ibtidai məktəb müəllimi şəhadətnaməsini əldə etmişdir. 1919-cu ildə Bakı Birinci Milli Qadın Gimnaziyasında dərs demişdir.
1917-ci ildə Əli Terequlov böyük qardaşı Hənəfi Terequlovla birlikdə Bakıda bolşevik yönümlü "Birlik" təşkilatının yaradıcılarından biri olmuş, "Hümmət" təşkilatının fəaliyyətində fəal iştirak etmişdir. Həmin ilin yayında Bakı Sovetinə deputat seçilmişdir. 1918–1919-cu illərdə qardaşlar Həştərxana gedərək Sovet Rusiyasında çalışmış, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Maarifi sistemində rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir.
1950-ci ildə vəfat etmişdir.
Ailəsi Əli Terequlov Terequlovlar ailəsinin nümayəndəsi olmaqla Hənəfi Terequlovun, Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Terequlova-Hacıbəyovanın, Müslüm Maqomayevin həyat yoldaşı Baydıgül Terequlova-Maqomayevanın və Pənah Qasımovun həyat yoldaşı Əminə Terequlovanın qardaşı idi. O, Tiflisdəki evində dostları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevi tez-tez qonaq qəbul etmiş, bu görüşlərdən biri onların gələcək həyat yoldaşları ilə tanışlığına səbəb olmuşdur.
Əli Terequlov xatirələrində yazırdı:
Təltifləri Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin (ZAK MİK) Rəyasət Heyətinin 27 oktyabr 1935-ci il tarixli Qərarı ilə Əli Terequlova xalq maarifi sahəsində çoxillik fəaliyyətinə və sovet məktəbinin qurulmasındakı xidmətlərinə görə "ZSFSR Əmək Qəhrəmanı" fəxri adı verilmişdir. Həmin dövrdə o, Ağamalıoğlu adına Bakı Kənd Təsərrüfatı Texnikumunun direktoru vəzifəsində çalışırdı.
Filmoqrafiya Əli Terequlov obrazını "Üzeyir ömrü" filmində aktyor Rafiq Əliyev canlandırmışdır.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Terequlovlar Kateqoriya:Azərbaycan tatarları