Azərbaycan Kuboku 2026 – Azərbaycanda hər il basketbol üzrə keçirilən kubok yarışının 4-cü turniri. Kubok pley-off formatı üzrə keçirilmişdir. 13 yanvar–22 fevral 2026-cı il tarixlərində baş tutmuş kubokun finalı Bakı İdman Sarayında baş tutmuşdur. "Gəncə" klubu finalda "Sabah" klubunu 89–82 hesabı ilə məğlub edərək kubokun ikiqat qalibi olmuşdur.

Komandalar və reqlament Kubokda Azərbaycan Basketbol Liqasının 2025/2026 mövsümündə iştirak edən bütün klublar mübarizə aparmışdır. Kubok pley-off formatı üzrə keçirilmişdir. "Sabah", "Ordu", "Abşeron Lions" və "Gəncə" klubları birbaşa 1/4 final mərhələsindən, digər klublar isə 1/8 final mərhələsindən mübarizə aparmışdır. Kubokun reqlamentinə meydanda 2 yerli basketbolçunun olması və bütün görüşlərin nəticələrinin bir oyuna görə təyin olunması daxil edilmişdir. 1/4 final, yarımfinal və final oyunları Bakı İdman Sarayında keçirilmişdir. Kubokda aşağıdakı komandalar iştirak etmişdir:

Püşkatma Püşkatma mərasimi 24 dekabr 2025-ci ildə Bakı İdman Sarayında baş tutmuşdur. 1/8 final cütlərində püşkə əsasən adları birinci qeyd olunmuş klublar ev sahibi təyin olunmuşdur.

Oyun qrafiki

1/8 final

1/4 final

Yarımfinal

Final

Azərbaycan Kuboku 2026 qalibi Gəncə(2-ci dəfə)

Həmçinin bax Azərbaycan Basketbol Liqası 2025/2026

İstinadlar

2026