Fərəhnoz Şərəfova (tacikcə: Фараҳноз Шарафова yaxud Farahnoz Sharafova; 1 yanvar 2003-cü il, Tacikistan, Vose rayonu) - tacik müğənnisi.
Bioqrafiya Fərəhnoz Şərəfova 1 yanvar 2003-cü ildə Tacikistanın Xatlon əyalətinin Vose rayonunda sahibkar ailəsində anadan olub. O, ailənin yeganə qız övladıdır və özündən böyük üç qardaşı var.
Ana tərəf qohumları sənətçilər olduğu üçün onda da uşaqlıqdan musiqiyə həvəs var idi. 9-cu sinfi bitirdikdən sonra incəsənət kollecinə daxil olub, lakin orada sadəcə bir il təhsil alıb. Tibbə olan sevgisi səbəbilə oranı yarımçıq qoyub, tibb kollecinə daxil olub və oranı bitirib.
Amma musiqini də çox sevdiyi üçün "Pərvin" televiziya musiqi yarışmasına qatılıb və yer tutub. Həmçinin, sonradan musiqi təhsili də alıb.
Yaşının gənc olmasına baxmayaraq, həm Tacikistan şou-biznesində, həm də sosial mediada yetəri qədər məşhurlaşıb və nüfuz qazanıb.
Fərəhnozun məşhurluğu və səsi ölkənin hüdudlarına çıxaraq, onu tək Mərkəzi Asiyada deyil, bir sıra Qafqaz ölkələrində də sevdirib. Onun öz ölkəsindən başqa, Rusiyada və Avstraliyada da konserləri baş tutub. O, Azərbaycanda və Türkiyədə də "Raqami 2", "Dostat doram" kimi mahnılarla tanınıb.
Şəxsi həyat Fərəhnoz Şərəfova 2024-cü ildə evlənib və bir qızı var.
Mahnılar
Kujoi Dostat doram To Kay Kulobibacha Biyo Qahri Nakun Adresta Namedanum Meravam Yovoni bacha Nest Oshiq İshqi tu Chorboghi bolo Aziztarin Nashavad muntaziram Tu hamoni Raqami 2 Sarshuyon Anor anor Nozam Nalo ku bulbul Habibi Khoharum Kamar borik Khudo buvad Kajkula Nagu nagu Nashnokhti maro Jonam Ocha Ramadar İshqi rafta Khirmanak Noshinos Medonam Gaybat meknan
Mənbə
Xarici keçidlər
Fərəhnoz Şarafovanın Spotify səhifəsi Fərəhnoz Şərafovanın rəsmi İnstaqram səhifəsi Fərəhnoz Şərafovanın rəsmi YouTube kanalı Farahnoz Sharafova Shazam hesabı Kateqoriya:Əlifba sırasına görə musiqiçilər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Yaşayan insanlar Kateqoriya:2003-cü ildə doğulanlar Kateqoriya:1 yanvarda doğulanlar Kateqoriya:Asiya müğənniləri Kateqoriya:Tacikistan musiqisi