Qəmbərli Ayaz Vahab oğlu — azərbaycanlı bəstəkar.
Həyatı Ayaz Qəmbərli 1984-cü il, sentyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1999–2003-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda (hazırkı Milli Musiqi Konservatoriyası nəzdində Musiqi Kolleci) pianoçu kimi təhsil alıb. 2003–2007-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsinin bakalavr pilləsində (prof. Arif Məlikov), 2019–2021-ci illərdə Latviya Musiqi Akademiyasının bəstəkarlıq şöbəsinin magistratura pilləsində (prof. Roland Kronlaks) oxuyub. 2008-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən "Omnibus-laboratorium" ustad dərslərinin (meksikalı bəstəkar Viktor Rasqado, alman bəstəkarı Şteffen Şleyermaxer) iştirakçısı olub və bu festivalda "Köhnə qramofondan vals" (I redaksiya — flute, english horn, arpa, hapricord, violin, viola, cello) əsəri ilə çıxış edib. 2008-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilən IX beynəlxalq "Музыка Молодых" () forumunda "Köhnə qramofondan vals" (II redaksiya — flute, clarinet, piano, violin, cello), 2010-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən "Kyiv Music Fest" beynəlxalq musiqi festivalında "Ludwigstuck", 2011-ci ildə "III Qəbələ beynəlxalq musiqi festivalında" Piano və orkestr üçün konsert, elə həmin il Üzeyir Hacıbəyli adına III beynəlxalq musiqi festivalında orkestr üçün Divertisment, 2012-ci ildə Almaniyanın Drezden şəhərində keçirilən "Tonlagen" beynəlxalq müasir musiqi festivalında "Qovuşma I", 2012-ci il Ukraynanın Kiyev şəhərində keçirilən "Kyiv Music Fest" festivalında "Nöqtələrə həll olunmuş kompozisiya", 2013-cü ildə V Qəbələ beynəlxalq musiqi festivalında orkestr üçün Divertisment əsəri ilə çıxış edib. 2016-cı ildə ABŞ-nin New York şəhərində keçirilən və dünyanın ən məşhur müasir musiqi festivallarından sayılan MISE-EN MUSIC FESTIVAL'ının iştirakçsı olub. 2011-ci ildən 2021-ci ilə qədər "Bülbül" adına Orta İxtisas Musiqi məktəbində bəstəkarlıq, alətşünaslıq və orkestrləşdirmə fənnləri üzrə dərs deyib. 2025-ci ildən etibarən Azərbaycan Milli Konservatoriyasında bəstəkarlıq, alətşünaslıq, orkestrləşmə, xor aranjemanı və müasir bəstəkarlıq texnikaları fənni üzrə dərs deyir.
Mükafatları 2011-ci ildə Azərbaycan İdman və Turizm Nazirliyinin təsis etdiyi "Gənclər mükafatı"na layiq görülüb. 2011-ci ildə Amerikanın Boston şəhərində keçirilən bəstəkarların 29-cu Alea III beynəlxalq müsabiqəsində "Hisslər üzərində özünütəlim metodu" əsəri I yerə layiq görülüb. 2014-cü ildə Avstriyanın Graz şəhərində keçirilən bəstəkarların 9-cu Franz Schubert und die Musik der Moderne 2019-cu ildə Avstriyanın Vyana şəhərində keçirilən bəstəkarların Mauricio Kagel adına beynəlxalq müsabiqəsində "İlğım" adlı əsəri ilə I yerə layiq görülüb. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Əsərləri Altı eskiz (piano) 2003 Divertisment (simfonik orkestr) 2005 Simli kvartet No.1 / 2006 Piano və simfonik orkestr üçün konsert 2007 "Köhnə qramafondan vals" (fl., cl.in B, piano, vln., cello) 2008 "Dörd şərti obraz" (cello, piano) 2009 "Nöqtələrə həll olunmuş kompozisiya" (fl., cl.in B, piano, vln., cello) 2010 "Hisslər üzərində özünütəlim metodu" (ansambl) 2011 "Elementlərin müqaviməti" (piano trio No.1) 2013–2014 "Suprematik fiqurlar" (piano trio No.2) 2014 "Şaquli sapınma" (hazırlanmış piano) 2015 "Rezonans" (solo piano) 2015 "Sentyabr buludları" (solo piano) 2015 "Exolalia" (simfonik orkestr) 2016 "Retrospektiv" (simfonik orkestr) 2015–2017 "İlğım" (solo piano) 2018 "Naxışlar" (qədim musiqi alətləri ansamblı) 2018 "Mozaika" (simfonik orkestr) 2019 "Miniatür" (vln., bass cl., piano) 2019 "Riqa yağışda" (2020) "Hüzn" (2019) solo piano üçün "Akvarel" silsiləsi "Melanxoliya" (bariton, ansambl) sözləri Mikayıl Müşfiqindir 2020 Cello və simfonik orkestr üçün konsert 2019–2020 "Atəşgah" (simfonik orkestr) 2020–2021 Simli Kvartet No.2 "Kiçik Dəniz Küçəsi" 2021 "Hüzn" (kamera orkestri üçün işlənmə) 2022 "Sentyabr Buludları" (kamera orkestri üçün işlənmə) 2022 "Triptix" (solo violin) 2023 Altı uşaq pyesi (solo piano) 2021–2023 "Nar Çiçəkləri" (soprano, ansambl) sözləri Adil Mirseyidindir 2024 "Maqnoliya" (solo viola) 2024 A.Məlikovun Xatirəsinə Memorial (solo violin və kamera orkestri üçün) 2024 Humay Variasiyaları (solo piano) 2024 "Əntiq Əşyalar Dükanında" solo piano üçün "Akvarel" silsiləsi 2024 Quinta Essentia (fl., cl.in B, piano, vln., cello) 2025 "İmpuls" (solo violonçel) 2025 "Sfumato" (solo klarnet in B) 2025 "Petrichor" (viola, violonçel, kontrabas) 2026 "May Gündəlikləri" (solo gitara) 2026
Filmoqrafiya Döngələr (teleserial, 2012) Arzular bağı (tamaşa, 2013)
İstinadlar
Xarici keçidlər
Səs yazıları "Hisslər üzərində özünütəlim metodu" "Nöqtələrə həll olunmuş kompozisiya" "Suprematistik fiqurlar" "Elementlərin müqaviməti" "Rezonans" Vertikal sapınma Exolaliya Naxışlar İlğım Sentyabr buludları Miniatür Hüzn Riqa yağışda Altı uşaq pyesi
Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Bakıda doğulanlar