Elektrik saxlancları, həmçinin elektrik saxlancı stansiyası, elektik saxlancı şəbəkəsi (, BEGS) və ya elektrik batareyaları şəbəkəsi — enerjisaxlama texnologiyasının bir növü olmaqla, elektrik şəbəkəsində eletrik enerjisi saxlancaları olan batareyalar qrupundan istifadə edərək elektrik enerjisinin saxlanılması üçün istifadə edilən qurğular və onların şəbəkəsi.

Elektrik saxlancı elektrik şəbəkəsindəki ən sürətli ötürüləbilən elektrik güc mənbəyidir; şəbəkəni stabilləşdirmək üçün istifadə edilir, çünki elektrik saxlancı qəza açılmasının aradan qaldırmaq üçün gözləmə rejimindən tam gücə bir saniyədən az müddətdə keçə bilir.

Elektrik saxlancları 1 saatdan 4 saata qədər müddət ərzində nominal qidalanmanı tam təmin etmək üçün nəzərdə tutulur; yeni texnologiyalar isə artan tələbatı ödəmək məqsədilə bu müddətin uzaldılmasını hədəfləyir. Elektrik saxlancı pik saatlarda qısamüddətli tələbatı ödəmək və köməkçi xidmətər, məsələn əməliyyat-ehtiyat enerjisini təmin etmək və elektrik kəsintisinin qarşısını almaq üçün tezlik tənzimlənməsi məqsədi ilə istifadə edilir.

Elekterik saxlancları çox vaxt digər aktiv və ya istifadəsiz elektrik stansiyalarında və ya yaxınlığında qurulur; xərcləri azaltmaq üçün eyni şəbəkə qoşulmasından istifadə edə bilərlər. Elektrik saxlancı stansiyalarının yanacaq çatdırılmasına ehtiyacı olmadığından, generasiya stansiyaları ilə müqayisədə kompakt olduqlarından, bacası və böyük soyutma sistemləri olmadığından, onları sürətlə quraşdırmaq mümkündür; lazım gəldikdə şəhər ərazilərində, müştəri yüküne yaxın və ya hətta müştəri binalarının içərisinda yerləşdirmək olar.

2021-ci ildən bəri iri fərdi elektrik saxlancının gücü və tutumu, şəbəkəyə aid ən geniş yayılmış enerji saxlancı kimi ən böyük işəsalma gücünü təmin edən elektrik stansiyalarından bir şərti vahid aşağı olub. Lakin şəbəkə saxlancı mütləq böyük olmalı deyil. Daha çevik sistem əldə etmək üçün br böyük elektrik saxlancı yerinə şəbəkə boyu çoxsaylı hibrid texnologiyalı enerjisaxlanc sistemləri quraşdırıla bilər.

Bununla belə, elektrik şəbəkəsinə qoşulmuş elektrik saxlancları böyük olmaq məcburiyyətindədir — daha çox sayda kiçik batareyalar (tez-tez hibrid enerji kimi) daha çox artıqlıq və böyük ümumi tutum üçün şəbəkə boyunca geniş şəkildə yerləşdirilə bilər. 2025-ci ilə qədər qlobal güc tutumu 610 GVts enerji tutumu ilə 267 GVt təşkil etmişdir.

2019-cu il etibarilə elektrik saxlancları tipik olaraq iki saata qədər istifadə üçün açıq dövrəli qaz turbini gücündən daha ucuz olub. Həmin il dünya üzrə quraşdırılmış elektrik saxlanclarının ümumi tutumu isə sürətlə artaraq, təxminən 365 GVts-ə çatıb. Saxlamanın nizamlanmış dəyəri (LCOS) sürətlə aşağı düşmüşdür. 2014-dən 2024-ə qədər xərcin yarıya endirilmə müddəti 4,1 il olmuşdur. Qiymət 2020-ci ildə 150 ABŞ dolları/MVts olmuş, 2023-cü ilə qədər isə 117 ABŞ dollarına endirilmişdir.

Elektrik saxlancı stansiyaları və fasiləsiz güc mənbəyi (UPS) texnologiya və funksiya baxımından müqayisə edilə bilər. Lakin, elektrik saxlancı stansiyaları daha böyükdür.

Təhlükəsizlik baxımından faktiki olaraq elektrik saxlancları anbar və ya konteyner kimi yerləşgələrdə saxlanılır. UPS-də olduğu kimi, bir narahatlıq odur ki, elektrokimyəvi enerji birbaşa cərəyan (DC) şəklində saxlanılır və ya buraxılır; halbuki elektrik enerji şəbəkələri adətən dəyişən cərəyan (AC) ilə işlədilir. Bu səbəbdən Elektrik saxlancı stansiyasıyalarını yüksək gərginlikli şəbəkəyə qoşmaq üçün əlavə invertorlara ehtiyac vardır. Bu cür güc elektronikası yüksək gərginlikli birbaşa cərəyan (HVDC) ötürülməsində geniş istifadə edilən keçid söndürmə tiristorlarını əhatə edir.

Güc-enerji nisbətinə, gözlənilən xidmət müddətinə və xərclərə görə müxtəlif akkumulyator sistemlərindən istifadə edilə bilər. 1980-ci illərdə qurğuşun-turşulu batareyaları ilk elektrik saxlancı stansiyaları üçün istifadə edilmişdir. Növbəti bir neçə onillikdə nikel-kadmium və natrium-kükürdlü batareyaları getdikcə daha çox istifadə edilmişdir. 2010-cu ildən etibarən, elektrik avtomobil sənayesinin bu texnologiyanın dəyərinin sürətlə azalmasına səbəb olması nəticəsinde getdikcə daha çox kommunal miqyaslı elektrik saxlancı stansiyası litium-ion batareyalarına əsaslanmaktadır; bu günə isə onlar əsas istifadə olunan növdür. 175 MVt / 700 MVts-lik 4 saatlıq axın batareyası vanadium redoks batareyası 2024-cü ildə açılmışdır. Qurğuşun-turşulu batareyaları hələ də kiçik büdcəli tətbiqlərdə istifadə edilir.

BESS sistemlərinin əksəriyyəti, elektron nəzarəti altında olan və verimliliyini müəyyən bir həddə düşdükdə dəyişdirilən dayanıqlı qurğudur. Batareyalar dövrü qocalma, yəni dolub-boşalma dövrlərindən qaynaqlanan aşınmaya məruz qalır. Bu aşınma ümumiyyətlə yüksək elektrikdoldurma sürətlərində və elektrikboşalma dərinliyi daha böyükdür. Qeyd olunan açınma effektivliyin aşağı düşməsinə (tutum və ya gərginlik azalmasına), izafi isinməyə yol açır və nəhayət kritik xarabaya (elektrolit sızması, yanğın, partlayış) gətirib çıxara bilər. Bəzən elektrik saxlancı stansiyası batareya enerjisini qorumaq üçün uçan çarx saxlama güc sistemləri ilə birlikdə tikilir. Uçan çarxlar köhnə batareya qurğularına nisbətən sürətli dalğalanmaları daha yaxşı idarə edə bilər.

BESS zəmanətləri adətən şarj-boşaltma dövrlərinin sayı ilə ifadə olunan enerji ötürülməsinə dair ömür boyu məhdudiyyətlər əhatə edir.

Elektrik saxlancı kimi batareya növləri

Qurğuşun-turşulu batareyaları Birinci nəsil texnologiya olan qurğuşun-turşulu batareyaları ümumiyyətlə köhnə BESS sistemlərindədir. Nümunə kimi, 1997-ci ildə istifadəyə verilmiş 1,6 MVt pik, 1,0 MVt fasiləsiz batareyadan söz etmək olar. Müasir yenidən doldurula bilən batareyalarla müqayisədə qurğuşun-turşulu batareyaları nisbətən aşağı enerji sıxlığına malikdir. Buna baxmayaraq, yüksək surj cərəyanı verə bilirlər. Lakin möhkəmləndirilməmiş qurğuşun-turşulu batareyaları həddindən çox şarj olduqda sulu elektrolitdən hidrogen və oksigen hasil edir. Batareyaya zərər verməmək üçün su müntəzəm olaraq doldurulmalıdır; partlayış riskindən qaçmaq üçün isə alışqan qazlar havalandırılmalıdır. Lakin bu texniki xidmətin xərci var; Li-ion batareyaları kimi son batareyalarda bu problem yoxdur. Litium-ion batareyaları minmal texniki xidmətlə uzun ömür, yüksək enerji sıxlığı və aşağı öz-özünə boşalma təklif edir; bu da onları müasir kommunal miqyaslı BESS tətbiqləri üçün ideal edir.

Litium-ion batareyaları Bəzi litium-ion batareyası növlərinin, əsasən kobalt ehtiva edənlərin yanğın təhlükəsizliyi çatışmazlığı var. BESS-in sayı və ölçüsü kəskin artmasına baxmayaraq, BESS hadisələrinin sayı ildə 10-20 ətrafında qalmışdır (əsasən ilk 2-3 il ərzindədir). Beləliklə, nasazlıq nisbəti azalmışdır. Nasazlıqlar əsasən idarəetmə sistemlərindəki və sistem balansındakı problemlərdən qaynaqlanmışdır; hüceyrə problemləri isə 11% təşkil etmişdir.

BESS yanğın hadisələrinin nümunələrinə aşağıdakılar daxildir: 2017-2019-cu illərdə Cənubi Koreyada 23 batareya fermasında ayrı-ayrı modullar, Celongda Tesla Megapack, Arizonada batareya modulunun yanması və ardınca baş verən partlayış, həmçinin Moss Landingda soyuducu maye qısa qapanma hadisələri və yanğın.

Bu, son illərdə yanğın təhlükəsizliyi üçün azaldıcı tədbirlərlə bağlı araşdırmaların artmasına səbəb olmuşdur.

2024-cü ilə qədər litium dəmir fosfat (LFP) batareyası komponentlərinin yüksək əlçatanlığı, nikel əsaslı Li-ion kimyalarına nisbətən daha uzun xidmət müddəti və daha yüksək təhlükəsizliyi sayəsində böyük saxlama üçün digər əhəmiyyətli növ halına gəlmişdir. Tayvandakı ən yüksək alp dağ lojası olan Yu Shan-dakı Paiyun Lodgeda quraşdırılmış və 2016-cı ildən heç bir təhlükəsizlik hadisəsi olmadan işlədilən LFP əsaslı enerji saxlama sistemi bu növün etibarlılığını sübut edir.

Natrium əsaslı batareyalar Alternativ olaraq, natrium əsaslı batareyalar BESS tətbiqləri üçün getdikcə daha çox nəzərə alınır. Litium-ion batareyaları ilə müqayisədə natrium-ion batareyaları bir qədər daha aşağı məsrəfə, daha yaxşı təhlükəsizlik xüsusiyyətlərinə və oxşar güc çatdırma xüsusiyyətlərinə malikdir. Lakin litium-ion batareyaları ilə müqayisədə daha aşağı enerji sıxlığı var. İş prinsipi və hüceyrə konstruksiyası litium-ion batareyasının (LIB) növlərinə bənzəyir; fərq ondadır ki, interkalyasiya edici ion kimi litium əvəzinə natrium istifadə edilir. Bəzi natrium əsaslı batareyalar yüksək temperaturda da təhlükəsiz işləyə bilər (natrium-kükürd batareyası). Yüksək təhlükəsizlik iddiası olan bəzi tanınmış natrium batareyası istehsalçılarına (qeyri-eksklüziv) Altris AB, SgNaPlus və Tiamat daxildir. Natrium əsaslı batareyalar hələ tam kommersiyalaşmayıb. Natrium-ion texnologiyasından istifadə edən ən böyük BESS 2024-cü ildə Hubey vilayətində işə salındı; tutumu 50 MVt / 100 MVts-dir.

Funksiyaları Mexaniki hissələri olmadığından Elektrik saxlancı stansiyasıyaları son dərəcə qısa idarəetmə vaxtları və işə salma vaxtları, hətta 10 ms qədər, təklif edir. Buna görə elektrik enerji şəbəkələri maksimum gücündə işlədikdə və ya şəbəkələr anomaliyalara məruz qaldıqda yaranan sürətli rəqsləri söndürməyə kömək edə bilərlər. Bu qeyri-sabitliklər — 30 saniyəyə qədər dövrləri olan dalğalanmalar — regional elektrik kəsilmələrinə səbəb ola biləcək qədər böyük pik salınımları yarada bilər. Bəzi parametrlərə gərginlik, tezlik və faza daxildir. Düzgün ölçüdə Elektrik saxlancı stansiyasıyası bu rəqsləri effektiv şəkildə aradan qaldıra bilər; buna görə tətbiqlər əsasən elektrik enerji sistemlərinin tam gücündə işlədildiyi, qeyri-sabitlik riskinin olduğu bölgələrdə müşahidə edilir. Lakin bəzi batareyaların idarəetmə sistemləri qeyri-kafi olduğundan, dözməli olduqları orta kəsilmələr zamanı çətin vəziyyətə düşürlər. Batareyalar həmçinin bir neçə saata qədər olan müddətlər üçün pik hamarlaması üçün geniş istifadə edilir. Daha son bir istifadə sahəsi ötürücülüğün gücləndirilməsidir: batareyalar yerli tələb ilə təklif arasındakı fərqi idarə etdikdə uzun enerji xətləri öz güclərinə yaxın işlədilə bilər.

Saxlama stansiyaları avtonom güc sistemlərindəki fasilə enerji mənbəyi ilə birlikdə də istifadə edilə bilər.

Dünyada ən böyük Elektrik saxlancı stansiyasıyaları

İstismarda olan ən böyük 10 batareya saxlama stansiyası (saxlama tutumuna görə) Adİstismara verilmə tarixiEnerji (MVts)Güc (MVt)Müddət (saat)NövÖlkəYer/KoordinatlarChagan Hada20264000——— Çin (Daxili Monqoliya)—Edwards Sanborn2022–20243287——Litium-ion ABŞ—Najran, Khamis Mushait və Madaya20252600 (hər biri; 7,8 GVts birlikdə)6803,8LFP Səudiyyə Ərəbistanı—Collie Neoen202522405604LFP Avstraliya33°18′43″C 116°17′31″ŞBisha—20005004Litium-ion Səudiyyə ƏrəbistanıAsirKashgar—20005004LFP ÇinSinszyanVistra Moss Landing20231800 (əvvəlcə 3000)450 (əvvəlcə 750)4Litium-ion ABŞMoss Landing, KaliforniyaEraring 120251770 (2-ci fazada 2800)460 (2-ci fazada 700)4— Avstraliya33°03′44″C 151°31′13″ŞMelton/Melbourne Yenilənən Enerji Mərkəzi—16006002,5Litium-ion AvstraliyaMelton, ViktoriyaGemini—14163804Litium-ion ABŞClark County, NevadaCrimson—14003504Litium-ion ABŞRiverside County, Kaliforniya

İnşaat mərhələsindəki ən böyük 10 batareya stansiyası AdPlanlaşdırılan istismara verilmə tarixiEnerji (MVts)Güc (MVt)Müddət (saat)NövÖlkəYerMasdar / Emirates Water and Electricity Company (EWEC)202719000100019—BƏƏ—Chayouzhong—600010006— Çin—Meralco Terra, 1-ci faza20263300——— FilippinNueva Ecija & BulacanBaotou Boerhantu2026300010006— Çin—Baotou Weijun202630005006— Çin—Collie Synergy202520005004— Avstraliya—Ordos Gushanliang202620005004— Çin—Waratah Origin2025/20261680350 (son 850)—Litium-ion Avstraliya—Dengkou202514006002,3LFP + vanadium axın ÇinBayannurVíctor Jara (Oasis de Atacama)20251300——LFP ÇiliTarapaká bölgəsi

Planlaşdırılan ən böyük batareya stansiyaları