Əbu Yaqub İshaq ibn İbrahim ibn Osman əl-Vərraq əl-Mərvəzi (; ) — on qiraət imamlarından Xələf əl-Bəzzarın iki ravisindən biri. Rəmzi ərəb əlifbasındakı "سح" hərfləri.

Bioqrafiyası Həyatı haqqında məlumatlar olduqca azlıq təşkil edir. Əslən Mərvdəndir. Nisbəsi "Bağdadi", ləqəbi isə "Vərraq"dır.

O, qiraəti ərz və səma yolu ilə şəxsən Xələf əl-Bəzzardan öyrənmişdir.

İshaq əl-Vərraqın tələbələri arasında Məhəmməd ibn İshaq (oğlu), Məhəmməd ibn Abdullah ibn Əbu Ömər ən-Nəqqaş, Əli ibn Musa əs-Səqəfi və İbn Şənəbuz vardır.

O, hicri 286-cı (899) ildə Bağdadda vəfat etmişdir.

Həmçinin bax

İdris əl-Həddad

İstinadlar