Əbu Ömər Məhəmməd ibn Əbdirrəhman ibn Məhəmməd əl-Məhzumi əl-Məkki (; ) — on qiraət imamlarından İbn Kəsrin iki ravisindən biri. Rəmzi ərəb əlifbasındakı "ز" hərfidir.
Bioqrafiyası Hicri 195-ci (811) ildə Məkkədə dünyaya gəldiyi ehtimal edilir. Bəni Məhzumun mövlası olduğu üçün nisbəsi "Məhzumi"dir. Ləqəbi isə "Qunbul"dur.
Onun qiraət silsiləsi aşağıdakı kimidir:
Qunbul – Əhməd ibn Məhəmməd ibn Əvn ən-Nəbbəl – Əbül-İhrit Vəhb ibn Vədih – İsmayıl ibn Abdullah əl-Qist – Şibl ibn Əbbad və Məruf ibn Müşkan – İbn Kəsir əl-Məkki.
Qunbul hicri 291-ci (904) ildə Məkkədə vəfat edib.
Həmçinin bax Əl-Bəzzi
İstinadlar