Koka-Kola () — The Coca-Cola Company tərəfindən istehsal olunan kofeinli qazlı sərinləşdirici içki.

Koka-Kola 1800-cü illərin sonlarında Corciya ştatının Atlanta şəhərində Con Stit Pemberton adlı əczaçı tərəfindən dərman vasitəsi olaraq yaradılmışdır. Əvvəlcə bu içki morfin asılılığı, həzmsizlik və baş ağrıları kimi problemlərin müalicəsi üçün nəzərdə tutulmuşdu. 1888-ci ildə Pemberton Koka-Kola içkisinin reseptini iş adamı Eyza Qriqqs Kendlerə satır. Kendler "The Coca-Cola Company" şirkətini təsis etmiş və omun marketinq strategiyaları sayəsində Koka-Kola XX və XXI əsrlərdə dünyada ən çox satılan sərinləşdirici içki olmağa müvəffəq olmuşdur. Koka-Kola adı içkinin orijinal reseptində istifadə olunan iki əsas inqrediyentdən gəlir: "koka" yarpaqları və "kola" qozları, hansılar ki, onlardan kofein əldə olunur.

Hazırda Koka-Kolanın dəqiq resepti yalnız seçilmiş bir neçə adama məlumdur və bu kommersiya sirri kimi məxfi saxlanılır. Digər şirkətlər Koka-Kolanın reseptini yenidən yaratmağa cəhd etmiş və bəziləri içkinin oxşar variantlarını bazara çıxarmışdırlar.

Xarici keçidlər Coca-Cola Azərbaycan veb saytı Coca-Cola ümumi veb saytı Coca-Cola Türkiyə veb saytı

Kateqoriya:Alkoqolsuz içkilər Kateqoriya:1886-cı ildə yarananlar Kateqoriya:Koka-Kola brendləri Kateqoriya:Amerika brendləri Kateqoriya:ABŞ mədəniyyəti Kateqoriya:ABŞ ixtiraları