Əyrivəng — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arıqıran kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Türk kəndi 20-ci əsrin əvvəllərində 1770-ci illərdə erməni əhalisi tərk etməyə məcbur edilən kəndin yerində yaranmışdır.
Toponimikası Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, kənd uçmuş, zəng qülləsi əyilmiş köhnə vəngin (kilsənin) yaxınlığında salındığına görə belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 402 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Təhsil 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 285 000 manat vəsait ayrılmışdır.
İstinadlar
Mənbə Əyrivəng məbədi – tarixi izimizi özündə qoruyan uca dağların daş yaddaşı
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Gədəbəy rayonunun kəndləri