Mahmudəli Babaxan oğlu Çöhrəqanlı () — Pəhləvi sülaləsi dövründə İran Azərbaycanının Şəbistər bölgəsində dünyaya gəlmiş siyasi fəal, publisist, dilşünas, filologiya elmləri doktoru, professordur. Piruz Dilənçi tərəfindən Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatından qovulduqdan sonra o, Güney Azərbaycan Milli Oyanış Hərəkatının əsasını qoymuşdur. Bu hərəkatın məqsədi İranın say etibarilə ikinci etnosu olan azərbaycanlıların və ya Azərbaycan türklərinin maraqlarını qorumaqdır.

Çöhrəqanlı Təbriz Universitetində filologiya üzrə professor olaraq fəaliyyət göstərmişdir.

Uilyam O. Beemanın bildirdiyinə görə, Çöhrəqanlə Corc Buş administrasiyası zamanı ABŞ tərəfindən dəstəklənmişdir.

Həyatı Mahmudəli Çöhrəqanlı 1958-ci ilin baharında İranda, Cənubi Azərbaycanın Şəbistər şəhristanının Çöhrəqan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Təbriz Universiteti Xarici dillər fakültəsinin dekan müavini işləmişdir. "Fars dilində türk sözləri" (1994) kitabı ona şöhrət qazandırmışdır. Bu kitabda türk mənşəli sözlər açıqlanmışdır. Onun "Fars dilində türk adları", "Azərbaycan türkcəsi fonetikasının fars və ərəb dilləri ilə müqayisəsi", "Azərbaycan türkcəsinin feli quruluşu" və s. elmi əsərləri çapdan çıxmışdır.

Çöhrəqanlı siyasi fəaliyyətə özü tərəfindən açılmış və Azərbaycan türkcəsini öyrədən kursun İran rəsmiləri tərəfindən qapadılmasından sonra başlamışdır. Özü siyasətə başlamağı, tarix olaraq, 1995-1996-cı İran Milli Məclisinə keçirilən seçkilərə qatılmasını göstərmişdir. O, seçkilərdə məqsədinin həm İran azərbaycanlılarının, həm də bütün İran türklərinin səsi olmaq olduğunu bildirmişdir.

İlk dəfə həbs edilməsi Milli Məclisə keçirilən seçkilərdə Təbrizdən namizəd olan Dr. Məhəmməd Çöhrəqanlı açıqladığı platformasında açıq bir şəkildə Azərbaycan türkcəsinin gücləndirilməsinə çağırış edirdi. Onun platformasında sadalanan məqsədlər arasına daxil idi:İslam milli mədəniyyətinin dirçəlişi, xüsusən də ədəbiyyatın, adət-ənənələrin və ana dilinin (Azərbaycan Türkcəsi) möhkəmləndirilməsi və dirçəldilməsi istiqamətində daimi fəaliyyət.Seçkinin ilk turunda Çöhrəqanlı Təbriz seçki dairəsində aparıcı səs toplayanlar arasında idi və 100 mindən çox səs toplamışdı. Onun adı 1996-cı il aprelin 19-na təyin edilmiş səsvermənin ikinci turuna da qeyd edildi. Onun kompaniyası azərbaycanlılar əleyhinə mədəni diskriminasiyaya əsaslanmışdı. O, Azərbaycan türkcəsinin və mədəniyyəsinin yoxolma təhlükəsi altında olmasından narahatlıq keçirdiyini ifadə edir, azərbaycanlıların da hüquqlarının tanınmasını tələb edir, məktəblərdə ikinci dil kimi ərəb dilinin yox, ana dilinin öyrədilməsini istəyirdi. Çöhrəqanlı İraqa qarşı olan müharibənin veteranı idi və kompaniyasında bunu dilə də gətirmişdi.

19 aprel 1996-cı ilddə Təbriz seçki komitəsi onun adını bülletendən çıxardı. Bu hərəkət Təbrizdə böyük səs küylə qarşılandı və Çöhrəqanlı tərəfindən "inanclı inqilabçı müsəlman" kimi təsvir edilən 40 mindən çox etirazçı şəhərdə etirazlara başladı. Etirazlar zamanı 600 nəfər həbs edildi. Çöhrəqanlı lehinə olan etirazlar rəsmi dairələrin narahatlığına səbəb oldu və 21 apreldə İran Çöhrəqanlı ilə birlikdə onun tərəfdarlarından 40 nəfəri seçki hüququnun pozulması iddiası əsasında gözaltına aldı. Üç günlük sorğu-sualdan sonra həbsdən çıxan doktor Çehregani Human Rights Watch-a bildirib ki, onun həbsi Təbrizdə "qeyri-sabit" vəziyyət yaradıb və azərbaycanlıların siyasi zorakılığa qapılmaması üçün vəziyyəti yüngülləşdirməyə çalışır. O, bildirib ki, bəzi İran rəsmiləri "İran və İslamın sadiq tərəfdarları olan azərbaycanlıları qurban verməkdən çəkinmirlər".

İkinci dəfə həbs edilməsi 15 may 1996-cı ildə İran rəsmiləri dramatik addım ataraq, inqilabdan sonrakı gərgin illərdə tez-tez təkrarlanan bir şəkilə həyata keçirilən, amma artıq unudulan edam metodlarına əl atdı. 21–23 yaş aralığında olan 5 gənc oğlan tikinti kranlarından asılaraq edam edildilər. Hökumət onların narkotik qaçaqmalçılığında ittiham edildiklərini bildirirdi. Doktor Çehregani bildirib ki, açıq edamlar Təbrizdə demək olar ki, hər gün keçirilən küçə etirazlarına soyuq təsir edib. O bildirib ki, "edam olunan gənclərə qarşı irəli sürülən ittihamın əsaslılığını bilmək mümkün deyil". O, açıq şəkildə edamların açıq motivinin küçə etirazlarına son qoymaq olduğunu bildirib. Həbsdən çıxandan sonra doktor Çöhrəqanlı tez-tez dindirilməyə çağırılmış və o, Qərbi Azərbaycan vilayətinin qubernatoru tərəfindən açıq şəkildə təxribatla məşğul olmaqda günahlandırılmışdır. Bu dindirmələr zamanı doktor Çöhrəqanlıya xəbərdarlıq edilmişdi ki, ölkəni tərk etməyə cəhd etməsin. Təzyiqlər nəticəsində o, 1996-cı ildə öz maşını ilə Azərbaycan Respublikası sərhədinə doğru yola çıxmış, lakin yolda heç bir axtarış tələb olmamasına baxmayaraq, saxlanılmış və gözaltına alınmışdır. 60 gün təkadamlıq hücrədə saxlanıldıqdan sonra infarkt keçirmişdir. Bundan sonra iki ay xəstəxanada yatmış və ev həbsinə göndərilmişdir. 1997-ci ildə o, keçirdiyi infarkta görə qismən iflic vəziyyətində idi. Human Rights Watch bunlardan bəhs edərkən qeyd edir: Doktor Çehreqaninin işi Azərilər arasında millətçi əhval-ruhiyyənin Azəri icması tərəfindən antaqonist kimi qiymətləndirilən hökumətin hərəkətlərinin necə qızışdırıldığını göstərir. Azəri icması ilə ciddi münaqişə yaranarsa, ölkənin coğrafi baxımdan ucqar hissəsində onu saxlamaq mümkün olmaya bilər; bütün dövlətin həyat qabiliyyətinə təhlükə yarada bilər.

Çöhrəqanlı sonradan 600 min səs almasına baxmayaraq, hüquqlarının tapdandığını və parlament yerinə, həbsə göndərildiyini bildirmişdi.

Üçüncü dəfə həbs edilməsi 1999-cu ilin dekabrında İran Milli Məclisinə namizəd olacaq şəxslərin qeydiyyatı tarixlərində azadlıqda olmaması üçün həbs edilmişdir. İnqilab məhkəməsi tərəfindən şampun qaçaqmalçılığı da daxil olmaqla, müxtəlif maddələr üzrə ittiham edilib və 18 fevral 2000-ci ildə 6 ay həbsə məhkum edilmişdir. Amnesty İnternational hesab edirdi ki, "o, vicdanla bağlı inanclarının zorakılıq olmadan ifadəsini boğmaq üçün həbs edilib və bu səbəbdən də vicdan məhbusu olub". Çöhrəqanlı 19 may tarixində aclıq aksiyasına başlamış və ona qarşı keçirilən ədalətsiz məhkəməyə bu yolla etiraz etmişdir. Amnesty İnternational Çöhrəqanlı barədə verdiyi bəyanatda bunları qeyd etmişdi:

Vicdan məhbusu olan Dr. Mahmudəli Çöhrəqanlının Təbriz həbsxana klinikasında kritik vəziyyətdə olduğu bildirilir. Başa düşülür ki, o, 19 may tarixindən etibarən ədalətsiz məhkəməyə etiraz olaraq aclıq aksiyası etməkdədir. Həbsxana həkimlərinin şəkər xəstəsi, ürək xəstəliyindən əziyyət çəkən onun tibbi səbəblərə görə azadlığa buraxılmasını tövsiyə etdiyi bildirilir.

Təbriz Universitetində müəllim olan Dr. Mahmudəli Çöhrəqanlı İrandakı Azəri icmasının görkəmli nümayəndələrindən biridir. O, əvvəllər regional dillərin mətbuatda və məktəblərdə farsca ilə yanaşı istifadə edilməsinə icazə verən İran İslam Respublikası konstitutsiyasının XV maddəsinin təmin etdiyi kimi İrandakı azərilərin milli hüquqlarının tanınmasını tələb etmişdir. Amnesty İnternational hesab edir ki, o, vicdanla bağlı inanclarının zorakılıq olmadan ifadəsini boğmaq üçün həbs edilib və bu səbəbdən də vicdan məhbusu olub

O, ilk dəfə Kəşfiyyat Nazirliyinin agentləri tərəfindən 1999-cu ilin dekabrında həbs edilmiş, onun müəyyən edilmiş müddətdə Milli Məclisə (parlament) namizəd kimi qeydə alınmasına faktiki mane olunmuşdur. O, İnqilab Məhkəməsində şampun qaçaqmalçılığı da daxil olmaqla ittihamlarla mühakimə edilmiş və 18 fevralda 6 aylıq həbsə məhkum edilmişdir. Bildirilir ki o, həmçinin 20 milyon tümən (təxminən 24.000 ABŞ dolları) məbləğində cərimə ödəməli və ya daha 10 il həbs cəzası almalıdır.

Amnesty İnternational onun İnqilab Məhkəməsində mühakiməsinin ədalətli mühakimə üçün beynəlxalq standartlara uyğun gəlməməsindən narahatdır. Bildirilir ki, ona vəkillə görüşə məhkəmə başlamazdan cəmi iki saat əvvəl icazə verilib.

Doktor Mahmudəli Çehregani 1996-cı ildə insult keçirib və hazırda onun qismən iflic olduğu və sağ gözünün görmə qabiliyyətini itirdiyi bildirilir. Təsdiqlənməmiş məlumatlara görə, 2000-ci ilin aprelində İran təhlükəsizlik qüvvələri Təbrizdə onu dəstəkləyən mitinqdə çoxlu tərəfdarını həbs edib…

Amnesty İnternational verdiyi bəyanatın sonunda İran İslam Respublikasının Ali Dini Rəhbərinə, prezidentinə, ədliyyə başçısına müraciət etmiş və bu müraciətin nüsxələrini İran XİN, İslami İnsan Hüquqları Komissiyası rəhbərlərinə göndərmişdir. Müraciətdə Çöhrəqanlınnı dərhal azadlığa buraxılması, onun lazimi bütün tibbi ehtiyaclarının qarşılanması istənilmişdir. Həmçinin Dr. Mahmudəli Çehreqanlıya qarşı dəqiq ittihamlar və məhkəmə prosesinin təfərrüatlarını axtarmaq və onun prosedurları ədalətli mühakimə üçün beynəlxalq standartlara uyğun gəlməyən İnqilab Məhkəməsində mühakimə olunmasından narahatlıq ifadə edilmiş və Doktor Mahmudəli Çöhrəqananlıya tərəfdarlarının Təbrizdə aprel mitinqində həbs olunduğu barədə xəbərlərin təsdiqini axtarmaq: əgər doğrudursa, onlara qarşı hansı ittihamlar irəli sürüldüyünü soruşmaq, əgər tanınan cinayət əməli ilə ittiham olunmayıblarsa və yalnız doktor Mahmudəli Çöhrəqananlıya dəstək verdikləri üçün həbs ediliblərsə, onları dərhal azadlığa buraxılmalarını tələb edilmişdi.

Buna qədər isə 6 ay həbsdə qalmış, azadlığa çıxdığı zaman isə vəziyyəti yaxşılaşmışdır. 2002-ci ildə İran onun üzərindəki xaricə çıxma qadağasını ləğv etmiş, nəticədə Çöhrəqanlı Bakıya, Türkiyəyə və ABŞ-yə səfərlər edib, yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşmə imkanına sahib olmuşdur. 2002-ci ildən əsasən ABŞ-də olmaqla, sürgündə yaşamaqdadır.

Siyasi düşüncələri Çöhrəqanlıya görə, İrandakı islami rejimin Xamaneyini Allahın yer üzərindəki nümayəndəsi hesab edir və bu Allah konsepsiyasının metafizik forması ilə Xamaneyi sırası ilə Məhəmməd peyğəmbər, imamlar, sonuncu imam vasitəsiylə Allah tərəfindən seçilmişdir. Sonuncu və qeybdə olan imam Xamaneyi ilə əlaqədədir. Beləliklə, formalaşdırılan Vilayət-i Fəqih anlayışına görə, ali dini rəhbərə qarşı gəlmək Allaha qarşı gəlməklə eyni mənadadır. Bunları bildirdikdən sonra, Çöhrəqanlı iddia edir ki, belə bir konsepsiyanın hakim olduğu ölkədə heç bir islahat mümkün deyildir. Çöhrəqanlı 2002-ci ildə Vaşinqtonda bir düşüncə mərkəzinə verdiyi mühazirə zamanı həmçinin də qeyd etmişdir ki, qlobalizasiyanın gətirdiyi qazanclardan biri də İran gəncliyini demokratiyaya daha da yaxınlaşdırması olmuş, islami rejim də bunun qarşılığında islahat teatrı ilə öz hakimiyyətini davam etdirməyə çalışmışdır. O, bu addımlara getməklə həm İran gəncliyini, həm də Qərbi guya İranda islahatçılarla mühafizəkarlar arasında gərgin mübarizə getdiyi yalanına inandırmışdırlar. Bunları bildirdikdən sonra Çöhrəqanlı ölkədəki əsl gücün pərdə arxasında olduğunu və hər bir şeyi öz nəzarətində saxladığını əlavə edib.

Çöhrəqanlı Azərbaycan türkləri və İslam inqilabı məsələsinə toxunaraq bildirmişdi ki, mərkəzi rejim Azərbaycan türklərinin yenidən demokratik üsyanlar başladacağından qorxmaqqdadır. O, son əsrdə İranda 4 böyük inqilabın (Məşrutə inqilabı, Şeyx Məhəmməd Xiyabani hərəkatı, 1945–1946 Seyid Cəfər Pişəvəri hərəkatı nəzərdə tutulur) olduğunu, hər birinin Azərbaycan türkləri tərəfindən təşkil edildiyini, bunlardan birində Cənubi Azərbaycanda dövlət təşkil edildiyini vurğulamışdır. Bu dövlətin var olduğu müddət ərzində türk dilində Təbrizdə radio mərkəzlər, məktəblər yaradılmış, bu dildə kitablar nəşr edilmiş, lakin dövlət işğal edildikdən sonra bütün bu nailiyyətlər yox edilmiş, 40 min insan öldürülmüşdür. Hətta nəşr edilən kitablar toplanmış və ictimai bir formada yandırılmışdır. Dövlətin təşkilində və idarə edilməsində rol almış xeyli şəxs edam edilmişdir. Bu tədbirlər nəticəsində İrandakı Azərbaycan türklərinin azadlıq hərəkatı 40 illik qış yuxusuna getmişdir. 1979-cu ildəki İslami inqilaba da əsasən Azərbaycan türkləri rəhbərlik edirdilər. İslami hakimiyyətdə əvvəlki dövrlərdə təcrübəsi olmayan Azərbaycan türkləri inanırdılar ki, inkuliziv Allah hakimiyyəti repressiv Şah hakimiyyətindən daha yaxşı olacaq, lakin əksinə olaraq nəticə daha da pis oldu.