Rəcəb Paşa məscidi — 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında inşa edilmiş məscid.
Haqqında 1724-cü ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişdi. Onun tapşırığı ilə 1725-ci ildə Qalanın içərisində yeni bir məscid inşa edilmişdi ki, həmin məscid onu inşa etdirənin şərəfinə Rəcəb paşa məscidi adlandırılırdı.
Memarlıq quruluşu Bu məscid düzgün paralelepiped formasında və sferik günbəzli idi, həmçinin Şərq üslubunda həndəsi ornamentlərlə bəzədilmişdi.
Tarixi İrəvan qalasının 1827-ci il oktyabrın 1-də rus qoşunları tərəfindən işğalından bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə zəngi asaraq onu rus pravoslav kilsəsinə çevirmişdilər. Daha sonra onun xarici quruluşunda da dəyişiklik edilmiş, fasadına silindrik sütunlar əlavə edilmiş, damına örtük vurulmuş, xristian məbədi formasına salınmışdı.Şərif Əziz. Keçmiş günlərdən. Bakı, "Yazıçı", 1983, səh.44–47. Rəssam Frans Rubonun İrəvan qalasının alınmasına həsr etdiyi rəsmdə öndə Rəcəb paşa məscidi və onun minarəsi, arxa planda isə İrəvan xan sarayının yaxınlığında Sərdar məscidinin təsviri verilmişdir. 1930-cu illərdə aparılan "Allahsızlar" kampaniyası çərçivəsində Rus pravoslav kilsəsi də sökülərək məhv edilmişdir.
Həmçinin oxu
Erməni vandallarının məhv etdikləri İrəvan məscidləri İndiki Ermənistan ərazisində Azərbaycanın tarixi abidələri vandalizmə məruz qalıb Erməni vandalizmi ABŞ-ın hesabatında İrəvan məscidləri Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər
İstinadlar
Kateqoriya:İrəvan məscidləri Kateqoriya:1725-ci ildə yarananlar Kateqoriya:XVIII əsr məscidləri Kateqoriya:Ermənistanda dağıdılmış binalar və tikililər Kateqoriya:Keçmiş məscidlər