— Yaponiya təsviri sənətində janr. Bu ifadə buddaların və bodhisattvaların — ilk növbədə Amitabha Buddanın və onun müşayiətçilərinin "yerə enərək" ölənin ruhunu qarşılama anını əks etdirən təsvirlərə deyilir.
Tarixi inkişafı
Təmiz torpaq buddizminin təlimi yayıldıqca ardıcıllar arasında baş ilahın — Amitabha Buddanın təsvirini görmək arzusu güclənirdi. Bunun nəticəsində uzaq Sukhavati aləmindən bənövşəyi bulud üzərində enən Amitabhanı göstərən əsərlər meydana gəlmişdir. Amitabha burada ölənin ruhunu qarşılamaq və onu özü ilə Təmiz torpağa aparmaq üçün gələn xilaskar kimi təsvir olunurdu. Bu tip rəsmlər ölüm yatağında olan şəxsin evinə gətirilirdi. "Rayqo" adlanan bu əsərlərin mərkəzində adətən Amitabha Budda, hər iki tərəfində isə onu müşayiət edən ilahi varlıqlar təsvir edilirdi. Bu janrın ən məşhur sayağı Kyoto şəhərində yerləşən Tion-in məbədinin məxsus olan məlum əlyazmadır.
Etimologiyası
Təmiz torpaq məktəbinin qurucusu olan çinli rahib Hueyuanın yaratdığı təlim IX əsrin ortalarından Yaponiyada yayılmağa başlamışdır. Amitabha və onun müşayiətçi varlıqlarının Təmiz torpağa daxil olan ruhları qarşılayan zaman dedikləri salam Çin dilində "lyayin" adlanırdı. Bu söz yapon dilində "rayqo" formasında tələffüz olunurdu.
İstinadlar
Kateqoriya:Təmiz torpaq buddizmi Kateqoriya:Yaponiya təsviri incəsənəti Kateqoriya:Amitabha Kateqoriya:Yapon dilində sözlər və ifadələr