— yapon dilində kancilərin onların çincə tələffüzünə uyğun oxunuşu. Başqa sözlə, bu, Çin heroqliflərinin yapon dilindəki interpretasiyasıdır.
Onyomi Bəzi kancilər bir neçə onyomi oxunuşuna malikdir, çünki onlar müxtəlif zamanlarda və Çin ərazilərindən dəfələrlə yapon dilinə götürülmüşdür. Kokuci və ya yaponların özləri tərəfindən yaradılmış heroqliflər adətən onyomi oxunuşa malik deyil, lakin istisnalar mövcuddur. Məsələn, 働 () heroqlifinin həm kunyomi oxunuşu (hataraku), həm də onyomi oxunuşu (do) mövcuddur. 腺 () heroqlifində yalnız onyomi (sen) oxunuşu var.Онйомі // 『日本大百科全書』 [Енциклопедія Ніппоніка]. — 第2版. — 東京: 小学館, 1994—1997. — 全26冊. (яп.)
Onyomi daha çox iki və ya daha çox kancinin birləşdiyi sözlərdə (jukugo, 熟語 — ) rast gəlinir. Bu sözlərin çoxu yapon dilində mövcud olmayan anlayışlar və terminlər ifadə olunsun deyə Çin dilindən götürülmüşdür. Bu proses tez-tez ingilis dilinin latın və fransız sözlərini mənimsəməsi ilə müqayisə olunur. Çin dilindən götürülmüş terminlər adətən onların yaponca ekvivalentlərindən daha dar məna daşıyır və bu terminlərin bilikləri nəzakət və bilik əlaməti hesab olunurdu.
İstinadlar
Kateqoriya:Kanci Kateqoriya:Yapon yazı sistemi