Tamblinq ( — "tullanmaq", "sıçramaq") — akrobatikanın tərkibində olan tamblinq ilk dəfə olaraq 2000-ci ildən etibarən ayrıca idman növü kimi fəaliyyət göstərməyə başlayıb. thumb|Cordan Ramos tamblinq gimnastikası üzrə Birləşmiş Krallıq çempionatında
Azərbaycanda 2001-ci ildə Danimarkada keçirilən Dünya birinciliyində Rəvan Yusubov 14-cü nəticə göstərib. 2003-cü ildə Kiyevdə keçirilən beynəlxalq turnirdə Taleh Qazıyev və Abdulla Qasımov finala vəsiqə qazanaraq 6-7-ci yerləri tutmuşdurlar.
2025-ci il sentyabrında Çinin Çendu şəhırində keçirilən Dünya Oyunlarında Tofiq Əliyev tamblinq yarışlarında ikinci yer tutaraq gümüş medal qazanmışdır. Final yarışında o, dünyada ilk dəfə olaraq hər bir saldoda 360° burulma ilə üçlü geri dönmə edən gimnast kimi tarixə düşüb.
Hazırda Azərbaycanda bu idman növü ilə 150-yə qədər idmançı məşğul olur ki, onların da əksəriyyəti Gimnastika məktəbinin yetirmələridir.
Eyni zamanda, paytaxtın bir neçə idman mərkəzində, həmçinin Dəvəçi şəhərində də tamblinq inkişaf etdirilir.
Xarici keçidlər Tumbling Drills http://www.youtube.com/watch?v=v9UUmQXu4Oo http://www.youtube.com/watch?v=fbsWHsiFQ84&mode=related&search= http://www.youtube.com/watch?v=c8zABUcYECE&NR=1 http://www.youtube.com/watch?v=oXKrreio9hg
Kateqoriya:Gimnastika