thumb|Cavad Heyətin atası Mirzə Əli Heyət Cavad Heyət (; ) — Azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru, "İki Azərbaycanın ağsaqqalı", "Çağımızın ağsaqqalı", "Dövrümüzün Prometeyi", "Bilgə dədə" ləqəbləri ilə tanınır.

Həyatı Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxslərdən hesab olunur. Həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda yüksək səviyyədə tanınır. Türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olmuşdur. 2014-cü ilin avqustun 12-də Bakı şəhərində vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn edilmişdir.

O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilirdi. Beş qızı, beş nəvəsi vardı.

Təhsili Cavad Heyət ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda almışdır. Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran Universitetinə daxil olmuşdur. Burada təhsil alarkən özü Avropa universitetlərindən birinə qəbul olmaq istəyirmiş Lakin atası Mirzə Əli Heyət buna mane olmuşdur.

Bundan sonra Cavad Heyət ikinci kursdan ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirərək 1943–1946-cı illərdə burada tibb fakültəsində oxumuşdur.

Ailəsi Cavad Heyət Mirzə Əli Heyətin 9 övladından biridir.

"Varlıq" dǝrgisinin imtiyazını özündǝn sonra Rza Heyətin adına keçmǝsini rǝsmi şǝkildǝ vǝsiyyǝt etmişdir.

Fəaliyyəti

Tibb sahəsində fəaliyyəti Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin cərrahiyyə kafedrasına rəhbərlik edib. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərslik kitabının müəllifidir. thumb|Cavad Heyət İstanbulda təhsil alarkən. Fotoda 20 yaşı var.

Türkologiya sahəsində fəaliyyəti Cavad Heyət dostu Prof. Dr. H. Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoymuşdur.

Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanmışdırhttp://azertag.az/node/1261311.

İkisi fars və beşi də türk dilində olan yeddi cildlik türkologiya kitabın müəllifidir.

Türkologiya sahəsində 300, tibb sahəsində isə 100 məqaləsi vardır.

Cavad Heyət və Azərbaycan dili Bundan əlavə, Cavad Heyət filologiya və türkologiya sahəsində "Azərbaycan ədəbiyyat tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk dili və ləhcələrinin tarixi", "İki dilin müqayisəsi" kitablarının müəllifidir. thumb|Tehranda Türkiyə-İran dostluq cəmiyyətinin keçirdiyi görüş. Türkiyənin İrandakı səfiri və Cavad Heyət.

Cavad Heyət və Türkiyə Cavad Heyət atası Mirzə Əli Heyət və qardaşı Firuz Heyət ilə birlikdə 1956-cı ildə İran-Türkiyə Dostluq və Kültür Cəmiyyətini qurmuş, İranla Türkiyə arasında dostluq və mədəni əlaqələrini inkişaf etdirməyə çalışmışdır.

1993-cü ildə Türkiyənin Tehrandakı səfiri Qorxmaz Haqtanır ilə birlikdə Tehranda Türk Kültür Mərkəzini açmış və iranlı tələbələrin Türkiyədə təhsil almalarına yardım göstərmişdir.

"Varlıq" jurnalı "Varlıq" jurnalı (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnaldır. Azərbaycan və fars dillərində çıxır.Varlıq "Varlıq" İranda 1979-cu il islam inqilabından sonra, vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılmışdır. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur. Professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi (Sönməz), Əbdülkərim Mənzuri Xamnə, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli jurnalın yaradılmasında və yaşamasında yaxından iştirak etmişdirlər. Cavad Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib.Əsrin Azərbaycanlısı Yazıların 80 %-i Azərbaycan dilində, 20 %-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Jurnalda Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. "Varlıq" jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir.

Süleyman Dəmirələ məktubu Cavad Heyət, 1993-cü ildə Kəlbəcərin işğalından sonra Süleyman Dəmirələ məktub yazmış və yardım istəmişdir.

Məktubun bir nüsxəsi o dövrki İran İslam Respublikasının o dövrki XİN rəhbəri Əliəkbər Vilayətiyə də göndərilmişdi.

Mükafatları və fəxri adları Cavad Heyət Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvüdür.

Azərbaycan Yazıçılar Birliyinin M. F. Axundov adına mükafatına və "Dədə Qorqud" Assosiasiyasının təsis etdiyi "Məmməd Araz" mükafatına layiq görülüb.

Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru idi.

Ölümü Cavad Heyət 2014-cü il avqustun 12-də səhər saatlarında Bakı şəhərində dünyasını dəyişmiş və avqustun 15-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Qalereya

Əsərləri

Kitabları Azərbaycan ədəbiyyat tarixinə bir baxış — I. Tehran, 1980. Müqayisətül-lüğəteyn. Tehran, 1984 (farsca). Türk dili və ləhcələrinin tarixinə bir baxış. Tehran, 1987 (farsca).  Türklərin tarix və mədəniyyətinə bir baxış. Tehran, 1987. Azərbaycan şifahi xalq ədəbiyyatı. Tehran, 1988.  İki dilin müqayisəsi. Bakı, 1989 (farscadan tərcümə).  Azərbaycan ədəbiyyat tarixinə bir baxış — II. Tehran, 1990. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1990. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, 1993. Türklərin tarix və mədəniyyətinə bir baxış — II. Bakı, 1993.

Məqalələri Vətən və İslam iranlılığının əsasları. Ettelaat, Tehran, mart, 1979 (farsca). Azəri türkcəsinin tarixinə bir baxış. Varlıq, 1979. İran İslam Respublikasında milliyyətin əsasları (Vətən və İslam). Varlıq, 1979, № 5 (farsca). İslam mədəniyyətinin Qərb mədəniyyətinə təsiri. Varlıq, 1979, № 10 (farsca). İslam, İnsan "Sartr" və Şəriəti. Ettelaat, Tehran, aprel, 1979 (farsca). Qərb mədəniyyətini gözübağlı qəbul etmək olmaz. Bamdad, Tehran, fevral, 1979. Əflatun əxlaqiyyatı və "nə etmək gərəkdir" anlayışı. Ettelaat, Tehran, may, 1979. Təbrizdə Azərbaycan şair və yazıçılar toplantısında. Varlıq, 1980, № 6. Yeganə səfər. Prof. Rüstəm Əliyevin məqaləsinə müqəddimədir. Varlıq, 1980, № 8. Həzrəti Əlinin öyüdləri (ərəbcədən tərcümə). Varlıq, 1980, № 6. Azərbaycan şifahi xalq ədəbiyyatı (1–12). Varlıq, 1981. Azərbaycanın tanınmış böyük şairi Murtaza Quluxan Zəfər. Varlıq, 1981. Dədə Qorqud kitabı – ölməz söz xəzinəmizdən incilər. Varlıq, 1981, № 4. XIV əsr Azərbaycanın böyük şairi Qazi Zərir haqqında bir neçə söz. Varlıq, 1981, № 9. Nəsir Bakuidən bir müxəmməs. Varlıq, 1981, № 11, 12. Könül dərdi – Həmiddən ön söz. Varlıq, 1981, № 11, 12. İzah (Azərbaycan ədəbiyyat tarixinə bir baxış kitabına dair). Varlıq, 1982, № 1. Türk dili və ləhcələrinin tarixi kitabından bir bölmə: Azərbaycan türkcəsinin adı və mövqeyi haqqında. Varlıq, 1982, № 3–4 (farsca). Türk dili və ləhcələrinin tarixi. Varlıq, 1982, № 9–10 (farsca). Türkmən dili və ədəbiyyatının tarixi haqqında bir neçə söz. Varlıq, 1982, № 11–12 (farsca). İslamda və başqa məktəblərdə əxlaqın əsasları. Varlıq, 1982, № 11–12 (farsca). Boğucu Pəhləvi dövründə Azərbaycan dili və ədəbiyyatının geriləməsi və İslam İnqilabından sonra onun yenidən çiçəklənməsi (İndiana Universiteti – Birinci Türk Araşdırmaları Beynəlxalq Konfransındakı məruzə). 1982 (ingiliscə). Azərbaycan ədəbiyyat tarixinə bir baxış (1–38). Varlıq, 1983. Mömin və etiqadlı şair Mehmet Akif. Varlıq, 1983, № 1–2 (farsca). Yunus Əmrə — Türkiyənin mütəsəvvif xalq şairi. Varlıq, 1983, № 5–6 (farsca). Əski türk şeirində vəzn, şəkil və qafiyə. Varlıq, 1983, № 7–8. Oğuzlar. Varlıq, 1983 (farsca). "Kutadqu Bilik" və ya Səadət Elmi. Varlıq, 1983, № 9–10 (farsca). Mahmud Kaşğarinin "Divani-lüğatit-türk"ü. Varlıq, 1983, № 11–12 (farsca). Həzrəti Məhəmmədin öyüdləri (ərəbcədən tərcümə). Varlıq, 1983. Nəsimidən rübailər. Varlıq, 1984, № 9–10 (farsca). Məhəmməd Əmani. Varlıq, 1984, № 11–12. Nəvai. Varlıq, 1985, № 1–2. Ədəbiyyat bizim dövrümüzdə. Varlıq, 1985, № 5–6 (farsca). XX əsrdə Güney Azərbaycan ədəbiyyatı. Varlıq, 1985, № 9–12. XX əsrdə Azərbaycan ədəbiyyatı. Birinci Beynəlxalq Türkoloji Kongresi. İstanbul, iyul, 1985. Ağqoyunlular. Varlıq, 1986, № 1–2. Əski Türk kitabələri. Varlıq, 1986, № 3–5. İslam dövrü türk ədəbiyyatı (1–3). Varlıq, 1986. Türk dilinin qısa tarixi. Təbriz Universitetində qurulan Azərbaycan-Türk dilinin tədqiqi Seminarında oxunan məruzə. Təbriz, 1987 (farsca). Azərbaycan türkcəsinin tarixi. Varlıq, 1987, № 2. Füzulinin dili (1–2). Varlıq, 1987, № 3–4. Füzulinin ədəbi şəxsiyyəti. Varlıq, 1987, № 5. Təbriz Universitetində Azərbaycan-Türk dilinin tarixi haqqında Dr. Cavad Heyətin çıxışı. Ettelaat, 1987, iyun (farsca). Füzulinin ədəbi təsiri və təəssürü. Varlıq, 1988, № 1. Ustad Məhəmməd Hüseyn Şəhriyar. Varlıq, 1988, № 3. Xələc türkcəsi. Varlıq, 1988, № 4 (farsca). Xorasan türkcəsi. Varlıq, 1988, № 5 (farsca). Ləhcə və dil. Şərqi Azərbaycan Ostanının coğrafiyası, 1988 (farsca). Şəhriyar. Türk dili, Türkiyə, 1988, № 442. "Oğuznamə", Məcməül-əmsali-Məhəmməd Əli. Türk kültürü, Türkiyə, 1988, № 307. "Oğuznamə", ya Oğuz atalar sözü və məsəlləri. Varlıq, 1989, № 1. Təbriz ləhcəsi haqqında (Dr. M. Məmmədovla birlikdə). Varlıq, 1989, № 1. Cahanşah Qaraqoyunlu və şeirləri. Varlıq, 1989, № 2. Məhəbbətname-i Xarəzmi. Varlıq, 1989, № 2. Bakı səfəri. Varlıq, 1989, № 3. Şimali Azərbaycanda baş veren qanlı hadisələr və qırğınlar. Varlıq, 1989, № 4. Füzulinin söz dağarcığı (VI Beynəlmiləl Türkoloji Konqresində oxunan məruzə). Türk Kültürü Araştırmaları, Türkiyə, 1989, № 2. Quzey Azərbaycanda baş veren qanlı hadisələr və qırğınlar. Xəzər, Bakı, avqust, 1990. Bakı səfəri. Türk yurdu, Türkiyə, aprel, 1990. İranlılıq və etnik dillər. Keyhan-e həvai, Tehran, avqust, 1990 (farsca). İslam mədəniyyətinin Qərb mədəniyyətinin inkişafına təsiri. Varlıq, 1990, № 1. İranlılıq və etnik dillər. Varlıq, 1990, № 2. Bakıdan gələn əziz qonaqlar. Varlıq, 1990, № 1. Sovet Azərbaycanında əlifba məsələsi. Varlıq, 1990, № 2. Ankarada Türk dili qurultayı. Varlıq, 1990, № 3. Alim qardaşım polkovnik Dr. Murtəza Heyətin yasında. Varlıq, 1990, № 3 (farsca). Məhəmməd Əmin Rəsulzadə. Varlıq, 1990, № 4. Müasir şeirin Hafizi. Karvan, Bakı, sentyabr, 1990. İslam mədəniyyətinin Qərb mədəniyyətinə təsiri. Mədəniyyət, Bakı, mart, 1990. Məhəmməd Əmin Rəsulzadə (1–2). Dalğa, Bakı, may, 1990. Azərbaycan – mədəni və etnik bağlılıq. İran taymz, № 43, 28 dekabr, 1990. Sovet Azərbaycanında əlifba məsələsi. Keyhan-e həvai, Tehran, 1990, № 191 (farsca). "Xəmsə"də türkcə sözlər (1–2). Ədəbiyyat, Bakı, iyul-avqust, 1991. Türklərdə əlifba məsələsi. Ədəbiyyat, Bakı, mart, 1991. Tehrandan məktub ("Dalğa"nın ilk nömrəsinə). Dalğa, Bakı, fevral, 1991. Həkim Nizaminin əsərlərində türkcə sözlər, məfhumlar və atalar sözləri. Varlıq, 1991, № 1 (farsca). "Quran" və İslam. Varlıq, 1991, № 1–3.