Qalaktika — vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduzlar, ulduz qalıqları, ulduzlararası qaz, toz və qaranlıq materiya sisteminə verilən addır.

Qalaktika sözü yunanca "galaxias" sözündən gəlir və mənası "südlü" deməkdir. Qalaktikalar ölçülərinə görə tərkibinə 100 milyon (108) ulduz daxil olan cırtdan qalaktikalardan başlayıb, tərkibinə 100 trilyon (1014) ulduz daxil olan nəhəng qalaktikalara qədər dəyişir. Hər bir ulduz tərkibinə daxil olduğu qalaktikanın kütlə mərkəzi ətrafında dövr edir.

Qalaktikalar vizual morfologiyasına görə elliptik, spiral və ya qeyri-müntəzəm olaraq təsnif edilir. Bir çox qalaktikanın mərkəzində ifrat kütləli qara dəliklərin olduğu düşünülür. Süd yolu qalaktikasının mərkəzindəki Sagittarius A* olaraq bilinən qara dəliyin kütləsi Günəşin kütləsindən 4 milyon dəfə çoxdur. 2016-cı ilin mart ayına olan məlumata görə, GN-z11 Yerdən 32 milyard işıq ili məsafədə olan ən qədim və ən uzaqdan müşahidə olunan qalaktikadır. Bu qalaktika böyük partlayışdan 400 milyon il sonra yaranmış kimi müşahidə edilmişdi.

2016-cı ildə yayımlanan bir araşdırmaya görə, müşahidə edilən kaintada qalaktikaların sayı əvvəlki təxmin edilən miqdarda (200 milyard — 2×1011) deyil, təxmini olaraq 2 trilyon (2×1012) və ya daha çoxdur. Ümumilikdə, müşahidə edilən kainatda 1×1024-ə qədər ulduz olduğu təxmin edilir (bu miqdar Yer planetindəki bütün qum dənələrindən daha çoxdur). Qalaktikaların əksəriyyətinin diametri 1000 parsekdən 100.000 parsekə qədərdir (təxminən 3000 ilə 300.000 işıq ili) və bir-birilərindən milyonlarla parsek (və ya meqa parasek) məsafə qədər uzaqdırlar. Müqayisə üçün, Süd Yolunun diametri azı 30.000 parsek (100.000 işıq ili) təşkil edir və ona ən yaxın qonşu qalaktika olan Andromeda qalaktikasından 780.000 parsek (2,5 milyon işıq ili) uzaqlıqdadır.

Qalaktikalar arasındakı boşluq orta sıxlığı hər kubmetrə bir atom düşən miqdardan az olan seyrək qazla (interqalaktik mühit) doludur. Qalaktikaların əksəriyyəti cazibə qüvvəsi ilə qrup, topa və super topa şəklində bir yerdə yığılmış olurlar. Süd yolu və Andromeda qalaktikası Lokal Qrupun tərkibinə daxildir. Lokal Qrup isə Virqo super topasının tərkib hissəsidir. Böyük miqyasda bu birliklər ümumən böyük boşluqlarla əhatə olunmuş təbəqə və filamentlərin tərkibinə daxildir. Həm Lokal qrup və həm də Virqo super topası Laniakea adlı daha böyük kosmik struktura daxildir.

Etimologiya qalaktika "Qalaktika" sözü yunanca "galaxias" sözündən gəlir və mənası "südlü" deməkdir. Bu cür adlandırma Süd yolu qalaktikasının səmada görünüşü ilə əlaqəlidir. Yunan mifologiyasında bəhs edilir ki, Zevs ölümlü bir qadından doğulan körpə uşağını, Heraklı, Heranın sinəsinin üzərinə qoyur ki, körpə onun ilahi südünü içsin və beləliklə, ölməz olsun. Hera ana südü verərkən oyanır və sonra naməlum bir körpəni əmizdirdiyini anlayır:o, körpəni özündən itələyir, südünün bir hissəsi səmaya sıçrayır və "Südlü Yol" adlandırılan xəfif işıq zolağı yaranır.

Astronomiya ədəbiyyatında böyük hərflərlə yazılmış "Galaxy" kəlməsi bizim qalaktika olan Süd Yolu qalaktikasını ifadə edir və onu kainatdakı digər qalaktikalardan fərqləndirmək üçün istifadə olunur. İngiliscə termin olan "Milky Way" Çoserin qısa bir hekayəsi ilə əlaqəlidir: Qalaktikalar ilk olaraq teleskopla kəşf edildi və spiral nebulae olaraq bilinirdi. 18–19-cu əsrlərin əksər astronomları onları görünməyən ulduz topaları və ya anaqalaktik dumanlıqlar hesab edirdilər və Süd Yolunun tərkib hissəsi olduğunu düşünürdülər, lakin əsl tərkibi və təbiəti sirr olaraq qalırdı. Andromeda qalaktikası kimi bir neçə yaxınlıqdakı parlaq qalaktikaların böyük teleskoplarından istifadə etməklə həyata keçirilən müşahidələri onların ulduzların nəhəng topaları olduğunu, ancaq ulduzların aydın görünən həssaslığına və şəffaf populyasiyasına əsaslanaraq, bu obyektlərin həqiqi məsafələri onların Süd Yolundan kənarda yerləşdiyini göstərirdi. Bu səbəblə onları "ada kainatlar" (island universes) adlandırdılar, lakin "kainat" kəlməsi mövcud olan bütün varlığı ifadə etdiyinə görə bu termin tez bir zamanda istifadədən çıxdı. Bunun əvəzinə, həmin obyektləri sadəcə "qalaktikalar" adlandırdılar.

Nomenklatura thumb|200px|right|Habbl Dərin Mənzərəsi (2014-cü il, iyun). On minlərlə qalaktikalar kataloqlaşdırıldı, ancaq onlardan yalnız bir neçəsinin xüsusi adları var: Andromeda qalaktikası, Magellan buludları, Burulğan qalaktikası, Sombrero qalaktikası və.s. Astronomlar bir neçə xüsusi kataloq üzərində işləyirlər: Messier kataloqu, NGC (Yeni ümumi kataloq— New General Catalogue), IC (İndeks kataloqu — Index Catalogue), CGCG (Qalaktikalar və Qalaktikalar topası kataloqu — Catalogue of Galaxies and of Clusters of Galaxies), MCG (Qalaktikaların morfoloji kataloqu — Morphological Catalogue of Galaxies) və UGC (Uppsala Baş Kataloqu — Uppsala General Catalogue of Galaxies). Bütün yaxşı bilinən qalaktikalar bir və ya daha çox kataloqda görünür, lakin fərqli adlar altında. Məsələn, Messier 109 Messier kataloqunda nömrəsi 109 olan spiral qalaktikadır. Həmçinin digər kodlara da sahibdir: NCG3992, UGC6937, CGCG 269–023, MCG + 09–20-044 və PGC 37617.

Müşahidə tarixi Bir çox qalaktikalardan biri olan bir qalaktikada yaşadığımızın fərqinə varmağımız, Süd Yolu və digər dumanlıqlar barədə edilən əsas kəşflərlə paralellik təşkil edir.

Süd Yolu

Yunan filosofu Demokrit (b.e.ə. 450–370) Süd Yolu olaraq bilinən gecə səmasındaki parlaq zolağın uzaq ulduzlardan ibarət olması fikrini irəli sürmüşdü. Ancaq Aristotel hesab edirdi ki, Süd Yolu "böyük, çox sayda və bir-birinə yaxın olan bəzi ulduzların odlu ekshalasiyasının alovlanmasından" qaynaqlanır və "alovlanma atmosferin yuxarı hissəsində, səma hərəkətləri ilə davamlı olan dünya bölgəsində baş verir." Neoplatonist filosof olan Kiçik Olimpiodor (e.ə. 495–570) bu görüşə tənqidlə yanaşırdı. O, iddia edirdi ki, Süd Yolu sublunar idisə, (Yer və Ay arasında yerləşirdisə) Yerdən fərqli bölgə və vaxtlarda fərqli görünməli və onun parallaksı olmalı idi, ancaq faktiki olaraq yoxdur. Onun görüşünə əsasən, Süd Yolu ilahi bir şey idi. left|thumb|Süd Yolunun Atakama Böyük Milimetr Massivindən görünüşü. Muhəni Mohamedə görə, ərəb astronomu İbn əl-Haytəm (965–1037) Süd Yolunun parallaksını müşahidə və ölçmək üçün ilk cəhdi etdi və belə bir nəticəyə gəldi: "Süd Yolunun parallaksı olmadığına görə Yerdən çox uzaqdır və atmosferə aid deyil." Fars astronomu əl-Biruni (973–1048) Süd Yolu qalaktikasının "dumanlı ulduzların təbiətinin saysız-hesabsız fraqmentləri toplusu" olduğu fikrini irəli sürürdü. Əndəlüs astronomu İbn Bəccə Süd Yolunun demək olar ki, bir-birinə toxunan çoxlu ulduzdan meydana gəldiyini və sublunar materialın səbəb olduğu sınma effektinə görə davamlı bir görüntü şəklində göründüyünü irəli sürürdü. Müşahidələrini sübut etmək üçün dəlil olaraq Yupiter və Marsın gecə səmasında birləşməsinə istinad edirdi. Bu hadisə obyektlər bir-birinə yaxın olduqda baş verir. Suriya əsilli İbn Qayyim Süd Yolunun "sabit ulduzlar sferasında bir yerə yığılmış saysız-hesabsız kiçik ulduzlar" olduğunu hesab edirdi.

Süd Yolunun çoxlu sayda ulduzlardan ibarət olmasını 1610-cu ildə Qalileo Qaliley faktiki olaraq sübut etdi, o, teleskopdan istifadə edərək müşahidələri ilə Süd Yolunun çoxlu sayda xəfif ulduzlardan təşkil olunduğunu aşkarladı.Galileo Galilei, Sidereus Nuncius (Venice, (Italy): Thomas Baglioni, 1610), pages 15 and 16. English translation: Galileo Galilei with Edward Stafford Carlos, trans., The Sidereal Messenger (London, England: Rivingtons, 1880), pages 42 and 43. 1750-ci ildə İngilis astronom Tomas Rayt özünün "Kainatın yeni Hipotezləri və ya Orginal Nəzəriyyə" əsərində fərziyyə irəli sürürdü ki, qalaktika böyük miqyaslarda Günəş sisteminin oxşarı olan və cazibə qüvvəsi tərəfindən bir yerdə tutulan çoxlu sayda ulduzların fırlanan cismi ola bilər. Yaranan ulduzlar diski bizim perspektivimizdən, diskin içindən, səmada zolaq kimi görünür.Thomas Wright, An Original Theory or New Hypothesis of the Universe… (London, England: H. Chapelle, 1750). From p.48: "…the stars are not infinitely dispersed and distributed in a promiscuous manner throughout all the mundane space, without order or design,… this phænomenon [is] no other than a certain effect arising from the observer's situation,… To a spectator placed in an indefinite space,… it [i.e., the Milky Way (Via Lactea)] [is] a vast ring of stars…" On page 73 , Wright called the Milky Way the Vortex Magnus (the great whirlpool) and estimated its diameter at 8,64×1012 miles (13.9×1012 km). İmmanuel Kant 1755-ci ildə traktatında Raytın Süd Yolunun strukturu barədə olan ideyalarını yenidən işlədi.Immanuel Kant, Allgemeine Naturgeschichte und Theorie des Himmels… [Universal Natural History and Theory of the Heavens…], (Königsberg and Leipzig, (Germany): Johann Friederich Petersen, 1755).Available in English translation by Ian Johnston at: Vancouver Island University, British Columbia, Canada thumb|1785-ci ildə Vilyam Herşel tərəfindən ulduzları saymaqla hazırladığı Süd Yolunun şəkli; Günəş sistemi mərkəzə yaxın idi. Süd Yolunun formasının və Günəşin mövqeyinin təsvirinin müəyyən edilməsindəki ilk cəhd ilk dəfə Vilyam Herşel tərəfindən 1785-ci ildə həyata keçirildi. O, səmanın müxtəlif bölgələrindəki ulduzların miqdarını böyük dəqiqliklə sayaraq Günəş sisteminin mərkəzə yaxın olduğu qalaktikanın formasının diaqramını hazırladı. Herschel's diagram of the galaxy appears immediately after the article's last page. Kapteyn daha dəqiq yanaşma sərgiləyərək 1920-ci ildə Günəşin mərkəzə yaxın olduğu balaca ellipsoid qalaktikanın şəklini əldə etdi (diametri — 15 kiloparsek). Harlou Şapli kürəvi ulduz topalarının kataloqlaşdırılmasına əsaslanaraq fərqli bir üsul istifadə etdi. O, tamami ilə radikal dərəcədə fərqli şəkil əldə etdi: diametri təxminən 70 kiloparsek olan düz disk və Günəş mərkəzdən uzaq idi. Hər iki analiz də qalaktika müstəvisində mövcud olan ulduzlararası toz tərəfindən işığın udulmasını nəzərə almamışdı, ancaq Robert Trampler bu effekti 1930-cu ildə açıq ulduz topalarını öyrənərək ölçdükdən sonra bizim qalaktikanın, Süd Yolunun, müasir şəkli əldə olundu.

Başqa dumanlıqlardan fərqi Süd Yolunun xaricində Andromeda qalaktikası, Böyük Magellan Dumanlığı, Kiçik Magellan Dumanlığı və Triangulum qalaktikası da daxil olmaqla bir neçə qalaktika qaranlıq gecədə çılpaq gözlə görünür. Andromeda qalaktikasının ən erkən qeydə alınmış identifikasiyasını 10-cu əsrdə Fars astronomu əl-Sufi etmişdi. Sufi onu "kiçik bulud" olaraq təsvir etmişdi. Tədqiqatlarını Hərəkətsiz Ulduzlar Kitabında yayımlayan əl-Süfi Böyük Magellan Dumanlığından da bəhs etmişdi, hansı ki, Yəməndən görünüb, yaşadığı şəhər olan İsfahandan görünmədiyinə görə onu "cənub ərəblərin əl-Bəkri" olaraq adlandırırdı. Böyük Magellan Dumanlığını avropalılar 16-cı əsrdə Magellanın səyahətinə qədər görə bilməmişdilər. Andromeda qalaktikası sonralar müstəqil olaraq Simon Marius tərəfindən 1612-ci ildə qeydə alındı. 1734-cü ildə Emmanuel Svedenborq Principia adlı traktatında yazırdı: bizim qalaktikadan başqa qalaktikalar ola bilər, hansı ki, onlar qalaktika topalarının daxilindədirlər və kainatın kiçik bir hissəsidirlər. Bu görüşlər "kosmos barədə olan müasir görüşlərə diqqətəlayiq dərəcədə yaxındır." 1745-ci ildə Pyer Lui Mopertyui "dumanlıq bənzəri obyektlərin ulduzlarının istehsal etdikləri parıltıdan daha güclü parıltı yaymaları, parlaq ləkələrin daha çox kütləli olduqları və fırlanma səbəbindən düzləşməsi də daxil olmaqla unikal xüsusiyyətlərə sahib ulduz toplusu olduqları" fərziyyəsini irəli sürdü.Kant, Immanuel, Universal Natural History and Theory of the Heavens (1755) 1750-ci ildə Tomas Rayt özünün "Kainatın yeni Hipotezləri və ya Orginal Nəzəriyyə" əsərində "Süd Yolu ulduzların düzləşdirilmiş diskidir və ola bilər ki, gecə səmada görünən bəzi dumanlıqlar başqa Süd Yollarıdır" fərziyyəsini irəli sürdü.See text quoted from Wright's An original theory or new hypothesis of the Universe in