Nensi Suizi (, ) — amerikalı rəssam, yazıçı, folklorşünas, müdafiəçi, tədqiqatçı və mədəni irsin qoruyucusu.
Həyatı İlk dəfə 1950-ci illərdə dulusçu kimi tanınmış, lakin sonradan ABŞ və beynəlxalq xalq keramika sənətinin tarixi və istehsalı üzrə tədqiqatçı olmuşdur. Suizi xalq və ənənəvi sənətkarlıq bazarlarının yaradılmasında əsas fiqurlardan biri olmuşdur. Onun geniş və uğurlu karyerasına aid mühüm nailiyyətlər arasında: "Country Roads" (Kənd Yolları) adlı sənət təşkilatının təsis edilməsi, Şimali Karolinanın tarixi Caqtaun Potteri dulusçuluq emalatxanasının dirçəldilməsi, Massaçusets ştatında mühacir xalq sənətkarları üçün "Refugee Arts Group" (Qaçqın İncəsənəti Qrupu) təşkilatının yaradılması yer alır.
Bundan əlavə, o, şagirdlik proqramlarının inkişafına kömək etmiş və Amerika xalq musiqisinin dirçəlişi dövründə məşhur ifaçılıq məkanı olan "Club 47" ilə əməkdaşlıq etmişdir.
Şəxsi həyatı Nensi Tompson () 1921-ci ildə ABŞ-ın Nyu-York ştatının Kuins bölgəsində, Fluşinq şəhərində doğulmuşdur. Onun valideynləri boşandıqdan sonra başqa bir ailə tərəfindən övladlığa götürülmüş və Nensi Adams adı ilə tanınmışdır. O, Boston Təsviri İncəsənət Muzeyi Məktəbində təhsil almışdır. İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Strateji Xidmətlər İdarəsinin (sonradan Mərkəzi Kəşfiyyat İdarəsi - CIA oldu) tədqiqat şöbəsində çalışmışdır. Suizi əvvəlcə Bill Haus (Bill House) ilə qısa müddət evli olmuş, daha sonra Almaniyada iqtisadçı Pol Suizi () ilə tanış olmuş və onunla ailə qurmuşdur. Onlar 1960-cı ildə boşanmışlar. O, 6 fevral 2010-cu ildə Massaçusets ştatının Kembridc şəhərində ürək çatışmazlığından vəfat etmişdir. Onun üç övladı (Samuel, Marta və Libess), beş nəvəsi və dörd nəticəsi olmuşdur.
Mükafatları 2006-cı ildə Bess Lomax Hawes Mükafatına və ABŞ-da xalq və ənənəvi sənətlər sahəsində ən yüksək mükafat olan Milli İrs Təqaüdünə (National Heritage Fellowship) layiq görülmüşdür. O, bir neçə kitabın müəllifidir, o cümlədən: Raised in Clay, Folk Arts, Culture and Identity. Onun 32,992 materialdan ibarət peşəkar arxivi ABŞ Konqres Kitabxanasının Amerika Folkloru Mərkəzində saxlanılır.
Nəşr olunmuş əsərləri "Tradition in Clay: Piedmont Pottery" (1975, jurnal məqaləsi) Raised in Clay: The Southern Pottery Tradition (1984) Southeast Asian Folk Art Festival (1989) Raised in Clay: A Guide to the Potteries and Traditions of Seagrove, North Carolina (2000) Armenian Folk Arts, Culture, and Identity (2001) The Potter's Eye: Art and Tradition in North Carolina Pottery (2005, Şimali Karolina İncəsənət Muzeyi sərgi kataloqu)
İstinadlar
Xarici keçidlər Craft In America / Nancy Sweezy
Kateqoriya:ABŞ-nin qadın yazıçıları Kateqoriya:XXI əsr ABŞ qadınları