Jozefina Lesli Fitton (d. 1953) O, britaniyalı klassik arxeoloqdur və 2007–2023-cü illərdə Britaniya Muzeyində Yunanıstan və Roma Departamentinin rəhbəri olub. O, xüsusilə Mino mədəniyyəti, Kikladas adaları və Yunan Tunc Dövrü üzərindəki araşdırmaları ilə tanınır.
Təhsili və fəaliyyəti Fitton 1953-cü ildə Roçdeyldə anadan olub və Böri Qızlar Gimnaziyasında təhsil alıb. Orada məşhur komediyaçı Viktoria Vud ilə dost olub. O, Britaniya Muzeyində uzun illər çalışıb. Karyerasına Yunanıstan və Roma Departamentində tədqiqat köməkçisi kimi başlayıb, daha sonra Yunan Tunc Dövrü kolleksiyalarına cavabdeh olan köməkçi mühafizəçi vəzifəsinə yüksəlib. 2007-ci ildən isə departamentin rəhbəri olub. 29 aprel 1999-cu ildə Antikvarlar Cəmiyyətininüzvü seçilib. Hazırda onun əsas işi Britaniya Muzeyində Kipr antik əşyalar kolleksiyasının rəqəmsallaşdırılmasıdır. O, eyni zamanda Troya üzərində də araşdırmalar aparır. Fitton bakalavr tələbələri və geniş oxucu kütləsi üçün arxeologiyanı əlçatan etmək məqsədilə bir sıra kitablar yazıb. Onun 2002-ci ildə nəşr olunan "Minoans" kitabı, bu sahədəki ən son arxeoloji məlumatları tələbələr üçün anlaşılan və münasib qiymətə təqdim etmək məqsədilə yazılıb. O, 2021-ci ildə muzeylərə və incəsənətə verdiyi töhfələrə görə Britaniya İmperiyası Ordeninin zabiti adına layiq görülüb.
Televiziyadakı fəaliyyəti və filmləri Fitton bir neçə televiziya serialında iştirak edib və ya məsləhətçi kimi fəaliyyət göstərib:
İştirak etdiyi proqramlar:
Troya: Xarabalıqlardən Reallığa (2005) Troya Hücumu (2007)
Məsləhətçi olduğu proqramlar:
Mino mədəniyyəti (2004) Troya Helenası (2005)
Troya Fitton 2004-cü ildə "Troya" filminin prodüserlərinə və aktyor heyətinə tarixi dəqiqliklə bağlı məsləhətlər verib. O, 2009-cu ildə film haqqında nəşr olunan bir kitabda öz təcrübəsini dəyərləndirib və filmin tarixi faktlara daha çox sadiq qalmasının lazım olub-olmadığını müzakirə edib. Fitton, filmin tarixi və arxeoloji reallıqları daha yaxşı əks etdirə biləcəyini düşünsə də, sonda belə nəticəyə gəlib:Lakin mənim şəxsi fikrim budur ki, bu hekayə tarix deyil, Homer tarixçi deyildi və saf bir arxeoloji yanaşma Homerin mahiyyətinin bir hissəsini itirə bilərdi. Nəticə etibarilə, dramatik uğur Helenanın saç sancaqlarının arxeoloji dəqiqliyindən daha vacibdir. Müasir tamaşaçılar üçün Axillesin müharibə maşınından insana çevrilməsini hiss etmək, Hektora sevdiklərini qorumaq üçün apardığı mübarizədə rəğbət bəsləmək və sonda Priam və Troya üçün yas tutmaq daha önəmlidir.
Seçilmiş əsərləri
J.L. Fitton, A. Villing, V. Turner, A. Shapland, Troy: Myth and Reality : the BP Exhibition (Thames and Hudson, 2019). J.L. Fitton 'Veronica Tatton-Brown, Cyprus, and the British Museum' in ed. T Kiely Ancient Cyprus in the British Museum. Essays in honour of Veronica Tatton-Brown (British Museum Press, 2009) pp. v-viii. J.L. Fitton 'Troy and the Role of the Historical Advisor' in ed. Martin M Winckler Troy: From Homer's Iliad to Hollywood Epic (John Wiley & Sons, 2009) pp. 99–106. J.L. Fitton (ed.), The Aigina Treasure. Aegean Bronze Age jewelry and a mystery revealed (London, British Museum Press, 2009). J.L. Fitton, N. Meeks and L. Joyner, 'The Aigina Treasure: Catalogue and Technical Report', in Fitton (ed.) 2009, pp. 17–31. J.L.Fitton, 'Links in a chain: Aigina, Dahshur and Tod’, in Fitton (ed.) 2009, pp. 61–6. J.L. Fitton, Contributions to, J. Aruz, K. Benzel and J. Evans (eds.), Beyond Babylon. Art, trade and diplomacy in the Second Millennium B.C. (Metropolitan Museum, New York, 2008). J. L. Fitton, Minoans (London, British Museum Press, 2002). J. L. Fitton, Cycladic Art (London, British Museum Press (2nd ed.), 1999). J. L. Fitton, The Discovery of the Greek Bronze Age (London, British Museum Press, 1995). J. L. Fitton, 'Charles Newton and the Discovery of the Greek Bronze Age' Bulletin of the Institute of Classical Studies. Supplement, (63), 1995 73-78 J. L. Fitton, Heinrich Schliemann and the British Museum (British Museum Occasional Paper 83, London, British Museum, 1991). J. L. Fitton (ed.), Cycladica: Studies in Memory of N. P. Goulandris (London, British Museum Press, 1984).
İstinadlar Kateqoriya:Britaniya imperiyası ordeninin Böyük Xaç cəngavəri