Marqaret Biber () — yəhudi mənşəli alman-amerikan incəsənət tarixçisi, klassik arxeoloq və professor. O, 1919-cu ildə Gissen Universitetində işləməyə başlamaqla Almaniyada ikinci qadın universitet professoru olmuşdur. O, qədim Yunanıstan və Roma teatrını, həmçinin qədim Roma və Yunanıstanda heykəltəraşlıq və geyim sənətini tədqiq edib.
Biber nasistlər hakimiyyəti ələ keçirdikdən sonra Almaniyanı tərk edərək ABŞ-yə yollanmış və burada Barnard Kollecində, Kolumbiya Universitetində və Prinston Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, fəaliyyəti dövründə yüzlərlə əsər nəşr etmiş və 4 tədqiqat sahəsində mühüm işlər görmüşdür: Yunan və Roma teatrı, Helenistik heykəltəraşlıq, qədim geyim və Yunan incəsənətinin Roma nüsxələri.Medwid, M. (2000) The makers of classical archaeology, p. 37 O, qeyd edirdi ki, yunan orijinallarının Roma reproduksiyaları əslində Roman mənşəli olub və Roma sivilizasiyasının möhürünü daşıyır.
Bioqrafiyası Marqarete Biber 31 iyul 1879-cu ildə Şenauda, Landkreys Şvetsdə (indiki Pşexovo, Polşa) yəhudi ailəsində anadan olub. Valideynləri Mdaş Valli Bukoftser və fabrik sahibi Yakob Henrix Biber olub. O 6 il ərzində Şvetsdə qadınlar məktəbinə göndərilmiş, daha sonra təhsilini Drezdendə gimnaziyada davam etdirmişdir.
1899-cu ildə Berlinə getmiş və burada Helene Lanq tərəfindən əsası qoyulmuş Gimnaziya kursu adlı özəl məktəbdə təhsil almışdır. 1901-ci ildə Tornda yetkinlik imtahanından keçmiş və Berlin Universitetində qeydiyyatdan keçərək təhsilini davam etdirmişdir. Qadınların qeydiyyatdan keçməsinə icazə verilmədiyi üçün o, Hermann Aleksandr Dils, Reynhard Kekule fon Stradonits və Ulrix fon Vilamovits-Myollendorffun mühazirələrində iştirak edərək öz dərslərini yoxlayır və 1901/02-ci il qış semestrində Berlin Universitetindən məzun olur. 1904-cü ildə Paul Klemen, Georq Leşke və Frants Byuxeler təhsil aldığı Bonn şəhərinə köçür. O, 1907-ci ildə Bonn Universitetində incəsənətdə qədim yunan geyimlərinin təsvirləri mövzusunda dissertasiya müdafiə etmişdir.
Seçilmiş əsərləri Onun 90 yaşı olarkən tərtib edilmiş biblioqrafiyasına 327 əsər daxil edilmişdi.Addenda to the bibliography of the works of Margarete Bieber. American Journal of Archaeology 79 (1975), pp. 147–148. Onun əsərlərindən bəziləri aşağıdakılardır:
Das Dresdener Schauspielrelief. Ein Beitrag zur Geschichte des tragischen Kostüms und der griechischen Kunst. Dissertation, 1907 Die Denkmäler zum Theaterwesen im Altertum. Habil.-Schrift, University of Giessen 1919
(1980 reprint: )
Haqqında yazılanlar
"Margarete Bieber, 1879–1978. Klassische Archäologin." Gießener Gelehrte in der ersten Hälfte des 20. Jahrhunderts. Marburg 1982, 58–73. Felschow, Eva-Maria. "Schwieriger Anfang, jähres Ende und ein Neubeginn in der Ferne. Das Schicksal der Margarete Bieber." Panorama 400 Jahre Universität Giessen. Societäts-Verl., Frankfurt (2007) , pp. 278–283. Harrison, E. B., "Margarete Bieber, 1879–1978." American Journal of Archaeology 82 (1978), pp. 573–575. Obermayer, Hans Peter: "Margarete Bieber im Exil." In: id.: Deutsche Altertumswissenschaftler im amerikanischen Exil. Eine Rekonstruktion. De Gruyter, Berlin, Boston 2014, pp. 35–107. Warren, Larissa Bonfante; Winkes, Rolf. "Bibliography of the works of Margarete Bieber for her 90th birthday." New York. 1969. Winkes, Rolf. "Margarete Bieber zum 95. Geburtstag." Gießener Universitätsblätter 1 (1974), pp. 68–75. Reimann, Bruno W.: Emigration und Entlassung - Die Gießener Universität in den Jahren nach 1933. In: Schüler, Gideon (Hrsg.), Zwischen Unruhe und Ordnung. Ein deutsches Lesebuch für die Zeit von 1925 bis 1960. Gießen 1989
İstinadlar Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Prinston Universitetinin müəllimləri