Qara başlı ibis (Threskiornis melanocephalus) – Həmçinin Şərq ağ ibisi, Hindistan ağ ibisi və qara boyunlu ibis kimi də tanınır. İbis fəsiləsinə (Threskiornithidae) aid olan və Hindistandan qərbdə, şərqdə Yaponiyaya qədər, həmçinin Cənub və Cənub-Şərqi Asiyada yuva quran su quşu. Öz arealı daxilində qara boynu və başı olan ümumi ağ lələkli yeganə yerli ibis növüdür. Aşağıya əyilmiş dimdik və ayaqlar da qara rəngdədir. Çox vaxt bataqlıq növü kimi adlandırılsa da, qara başlı ibis müxtəlif təbii və süni yaşayış yerlərində yemlənir. Bu ibis növü yalnız yağış mövsümündə yuva qurur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İbislər Kateqoriya:1790-cı ildə təsvir edilən quşlar Kateqoriya:Pakistan quşları Kateqoriya:Hindistan quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənub-Şərqi Asiya quşları