Demokratiya ocağı və ya Kanune Demokrasi — 1943-cü ildə Təbrizdə yaradılmış təşkilat. Təşkilatın hədəfi İran Konstitusiyasında yazılmış demokratik azadlıqların əməli olaraq həyata keçirilməsini, Azərbaycanda əyalət əncümənlərinin bərpasını, Azərbaycanın iqtisadi və mədəni inkişafı üçün dövlətin daha çox diqqət ayırmasını təmin etmək olub.

Haqqında 1941-ci ilin avqust sentyabr aylarında Britaniya və SSRİ qoşunları İrana daxil oldular. 1941-ci il sentyabrın 17-də Rza Pəhləvi taxtından imtina edərək İranı tərk etdi. Bundan sonra ölkə ərazisində həbsdə olan siyasi məhbuslar azadlığa buraxıldılar və müxtəlif siyasi təşkilatlar yaranmağa başladı. Demokratiya ocağı təşkilatı 1943-cü ilin yayında Təbrizdə yaradılıb. Təşkilatın qurucuları Hilal Nasiri, Mir Mehdi Çavuşi, Xəlil Azərbadiqan, Hüseyn Rizvan, Cəfər Əxgəri olub. Təşkilatın sədri Xəlil Azərbadiqan seçilib. Təşkilat İran Konstitusiyasında yazılmış demokratik azadlıqların əməli olaraq həyata keçirilməsini, Azərbaycanda əyalət əncümənlərinin bərpasını və Azərbaycanın iqtisadi və mədəni inkişafı üçün dövlətin daha çox diqqət ayırmasını tələb edirdi. Təşkilatın əsas üzvləri ziyalılar və kəndlilər idi. Mircəfər Pişəvəriyə görə "Demokratiya ocağı" təşkilatının tək səhvi fəhlə sinfini təşkilata cəlb edə bilməməkləri olub. Təşkilat əsasən Təbriz və Üskü şəhərində fəaliyyət göstərib. Təşkilatın proqramında Tudə Partiyasından fərqli olaraq kəndlilərə pulsuz torpaq paylayacaqları qeyd edilmişdi. Təşkilat İranda XIV Məclis seçkilərində uğur qazana bilmədiyi üçün getdikcə nüfuzdan düşdü. 1944-cü ilin noyabr ayında Tudə Partiyası ilə birləşdi.

Həmçinin bax Azərbaycan cəmiyyəti Azərbaycan Zəhmətkeşlər Təşkilatı

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Təbrizdə yaranmış təşkilatlar