Qoydan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Əhən kənd inzibati ərazi dairəsində kənd.
Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir.
Əhalisi Kənddə 68 nəfər yaşayır ki, onların da 35-i kişi, 33-ü qadındır. Əhalisi tatlardır.
İqtisadiyyatı Kənddə əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı–Lahıc–Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İsmayıllı rayonunun kəndləri