Digah — Azərbaycan Respublikasının Lənkəran şəhərinin Şiləvar inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan kənd sovetinin Digah kəndi Şiləvar kənd Sovetinin tərkibinə verilmişdir.

Toponimiyası Kəndin ərazisi XIX əsrdə Şiləvar kəndinin obası olmuşdur. 1870-ci ilə aid sənədlərdə burada üç ev olduğu haqqında məlumat verilir. Oykonim talış dilindəki di (kənd) və gah (yer) sözlərindən düzəlib, "kənd, kənd yeri" mənasındadır.

Əhalisi Digah kəndinin əhalisi 1 yanvar 2024-cü il tarixində 2.816 nəfərə çatmışdır. Əhalinin milli tərkibini əsasən azərbaycanlılar və talışlar təşkil edir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Din Kənddə Digah kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Həmçinin bax

Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri