Yinqluk Şinavatra ( ; ) — Taylandlı biznesledi, siyasətçi. O, Pheu Thai partiyasının üzvü kimi 2011-ci il seçkilərində iştirak edərək qalib gəlib Taylandın 28-ci baş naziri olmuşdur. Yinqluk Taylandın ilk qadın baş naziri və eyni zamanda da son 60 ilin ən gənc baş naziri olmuşdur. O, 7 may 2014-cü ildə Konstitusiya Məhkəməsinin qərarı ilə vəzifəsindən kənarlaşdırılmışdır.

Onun böyük qardaşı Taksin Çinnavat 2001-2006-cı illər arasında Taylandın baş naziri, qardaşı qızı olan Paetonqtarn Şinavatra isə 17 avqust 2024-cü ildən Taylandın baş naziridir.

İstinadlar

Kateqoriya:1967-ci ildə doğulanlar Kateqoriya:Tailand baş nazirləri Kateqoriya:Tailand siyasətçiləri Kateqoriya:Qadın baş nazirlər Kateqoriya:Qadın ilkləri