Donka Uşlinova (; ) ― Makedoniyadakı bolqar azadlıq hərəkatının iştirakçısı, inqilabçı. O, Makedoniya inqilabi təşkilatının üzvü olub. Uşlinova İlinden üsyanı, Balkan müharibələri və Birinci Dünya müharibəsində iştirak edib. O daha sonra Bolqarıstan ordusunda unter-zabit olub.
Erkən həyatı Donka Uşlinova 21 dekabr 1880-ci ildə Bitola rayonunun Smilevo kəndində anadan olub və uşaqlığını burada keçirib. O 15 yaşında ikən qonşuluqdakı Lera kəndindən Stavri Xristovla ailə həyatı qurmuşdur. 1902-ci ilin avqustunda, əri Konstantinopolda işləyərkən ərinin qardaşı Apostol və arvadı Srebranın köməyi ilə Uşlinova ona sataşan bir türkü öldürüb. Onlar türklərin qisasından qurtulmaq üçün yaxınlıqdakı dağa qaçmazdan əvvəl ölünü yerli qəbiristanlıqda basdırıblar.
İnqilabi fəaliyyət Apostol, Srebra və Uşlinova yolda Resen inqilabi bölgəsinin rəhbəri hersoq Slaveyko Arsovun dəstəsi ilə qarşılaşmış, dəstə onlara uniforma vermişdir. Bununla da Uşlinova və Srebra Slaveyko Arsovun başçılıq etdiyi Makedoniya inqilabi təşkilatına qoşulan və Makedoniyada Osmanlı İmperiyasına qarşı vuruşan ilk qadınlar olublar.
İlinden üsyanı Uşlinova 1903-cü ildə İlinden üsyanı zamanı Bitola inqilab iairəsində baş verən bir neçə döyüşdə iştirak etdi. 1904-cü ildə hersoq Slaveyko Arsovun öldürülməsindən sonra Uşlinova, Srebra və Apostol hersoq Georgi Suqarevin dəstəsinə qoşuldular. Üsyanın yatırılmasından sonra Uşlinova Srebra və Apostol ilə birlikdə Bolqarıstanın Sofiya şəhərinə qayıtdı. Daha sonra Uşlinova təkbaşına Varnaya köçmüş və orada əri Stavri ilə görüşmüşdür.
Balkan müharibələri Uşlinova və Stavri Makedoniya-Odrina milislərinin könüllüləri olmuş və Balkan müharibələrində vuruşmuşdurlar.
Birinci Dünya müharibəsi Birinci Dünya müharibəsi zamanı Uşlinova və Stavri yenidən könüllü olmuş, ikinci Makedoniya Piyada Alayına qoşulmuşdurlar. Onlar Yarebiçna, Doyran, Kruşa və Planinada gedən döyüşlərdə iştirak ediblər.
Mükafat və təltiflər Uşlinova döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə yefreytor rütbəsi almış, Bolqarıstanın III və IV dərəcəli "İgidliyə görə" ordenləri ilə təltif edilmişdir. O daha sonralar II dərəcəli "İgidliyə görə" ordeni ilə, 1917-ci ildə kiçik çavuş rütbəsinə yüksəldikdən sonra isə şəxsən Ali Baş Komandan Nikola Jekov tərəfindən I dərəcəli "İgidliyə görə" ordeni ilə də təltif edilib. Uşlinova və əri tərxis olunduqdan sonra Bolqarıstan dövlətindən 10 000 leva maddi yardım alıblar. Uşlinova Varnanın ehtiyatda olan zabitlər cəmiyyətinin, Dostluq Birliyinin üzvü idi.
Uşlinova zirvəsi Bolqarıstandakı bir zirvə Uşlinovanın şərəfinə adlandırılmışdır.
Ölümü Uşlinova 27 iyun 1937-ci ildə Bolqarıstanın Varna şəhərində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Qadın inqilabçılar Kateqoriya:Bolqarıstan inqilabçıları