Plants vs. Zombies — 2009-cu ildə "PopCap Games" tərəfindən hazırlanmış və yayımlanan qüllə müdafiəsi və strategiya videooyunu. Başlanğıcda Windows və Mac OS X üçün yayımlanan oyun daha sonra konsollarda, əl oyun konsollarında və mobil cihazlarda da yayımlandı. Oyunçu zombi apokalipsisi arasında ev sahibi rolunu oynayır. Zombilər bir neçə paralel zolaq boyunca yaxınlaşdıqca, oyunçu zombilərə mərmilər atan və ya onlara zərərli təsir göstərən bitkilər yerləşdirərək evini müdafiə etməlidir. Oyunçu bitki satın almaq və yerləşdirmək üçün günəş şəklindəki pulları toplayır. Zombi hər hansı bir zolaqda evə çatarsa, oyunçu oynadığı səviyyəni məğlub olur.

Oyun onu 2001 çıxışlı balıq simulyasiyası olan "Insaniquarium" oyununun dizayneri Corc Fen tərəfindən dizayn edilmiş və onu balıq oyunu üçün daha müdafiə yönümlü konseptuallaşdırmış, sonra onu zombilərə qarşı mübarizə aparan bitkilərdən ibarət qala müdafiə oyununa çevirmişdir. Oyun "Swiss Family Robinson" filmi ilə yanaşı, "Magic: The Gathering" və "Warcraft III" oyunlarından ilham aldı. Oyunun hazırlanıb başa çatması 3 il yarım çəkdi. Riç Verner baş rəssam idi, Tod Sempl oyunu proqramlaşdırdı və Laura Şiqihara oyunun musiqisini bəstələdi. Həm təsadüfi, həm də sərt oyunçulara xitab məqsədilə oyun sadə şəkildə dizayn edildi.

İstinadlar

Xarici keçidlər

Rəsmi veb-saytı Riç Verner tərəfindən rəsmi sənət əsəri və konsept sənəti

Kateqoriya:2009-cu ilin videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:Electronic Arts oyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Nintendo DS videooyunları Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:ABŞ videooyunları Kateqoriya:2010-cu ilin videooyunları Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:Windows Phone videooyunları