Ştrbske-Pleso () — Slovakiyada moren mənşəli göl. Göl Slovakiyanın Yüksək Tatra dağlarında yerləşir. Gölün uzunluğu 640 metr, eni isə 600 metrdir. Göl sahilinin uzunluğu 2,245 km-dir. Ümumi sahəsi — 19,67 hektardır. Ştrbske-Pleso gölünün orta dərinliyi 6,61 metr, ən dərin yeri isə 20,3 metrdir. Göl suyunun həcmi — təxminən1,3 milyon m³-dir. Ştrbske-Pleso gölü böyüklüyünə görə ölkənin ikinci gölüdür.
Coğrafiyası Göl dəniz səviyyəsindən 1345 metr yüksəklikdə yerləşib. Gölün olduğu bölgədə 100-dən çox göl və bir neçə şəlalə mövcuddur. Gölün cənubunda, Ağ Vaq və Popradom çayları arasında yerləşən aşırım var. Ştrebske-Pleso gölü qarışıq meşələrlə əhatə olunub. Meşələrdə əsasən fıstıq ağacları üstünlük təşkil edir. Göl şimal və qərbdən Solisko dağları ilə, cənub və şərqdən isə moren tirələri ilə əhatə olunub. Ştrebske-Pleso gölü Avropanın əsas suayrıcı xəttində yerləşir. Göl suyu həm Baltik, həm də Qara dəniz hövzəsinə aiddir.
Ştrbske-Pleso gölü buzlağın əriyərək geri çəkilməsi zamanı, moren çöküntülərinin hesabına yaranmışdır.
Göl ərazisində havanın orta temperaturu qışda −1,4 °C, yayda isə 9,3 °C olur. Orta illik yağıntı — 373-560 mm arasında dəyişir. Qışda gölün suyu donur. Göl suyunun səviyyəsi ən az dekabr-fevral ayları arasında, ən yüksək səviyyə isə iyulda olur. Səviyyələr arasında fərq maksimum 1 metr olur.
Göldə əsasən kumja, durna balıqları üstünlük təşkil edir. Ərazidə adi tışbağaya, qurbağaya rast gəlinir.
Göl kənarında Ştrbske qəsəbəsi yerləşir.
İstinadlar
Kateqoriya:Slovakiya coğrafiyası