İsmət Büyükataman () — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.
Həyatı İsmət Büyükataman 1953-cü ildə Amasya ilinin Mərzifon ilçəsində anadan olub. Bursa Təhsil İnstitutu Riyaziyyat Bölməsindən məzun olub. AİTİA İdarəetmə Elmləri İnstitutunda magistr dərəcəsi alıb.
1975-1978-ci illərdə Hatay ilinin Reyhanlı ilçəsində müəllim olaraq çalışıb. 80-ci illərdə MAYAŞ Nəşriyyatının yaradıcılarından olub. 1983-cü ildə nəşr olunan milliyətçi Hamle jurnalının sahibi olub.
1984-1997-ci illərdə inşaat və podrat işləri ilə məşğul olub. Bu illərdə Milliyətçi HİK üzvü olub. 1984-1986-cı illərdə Milliyətçi HİK Bursa şöbəsinin sədri olub.
1997-ci ildə Devlet Bahçelinin MHP sədri seçilməsindən sonra MHP üzvü olub. 1997-1999-cu və 2000-2022-ci illərdə MHP Bursa il sədri vəzifəsində çalışıb. 1997, 2003, 2006 və 2009-cu illərdə MHP İdarə Heyətinin üzvü, 2011, 2012, 2015 və 2018-ci illərdə isə MHP Baş Katibi seçilib.
8 noyabr 2009—20 iyun 2011-ci illərdə MHP sədrinin siyasi məsələlər və parlamentlə əlaqələr üzrə müavini vəzifəsində çalışıb. 20 iyun 2011-ci ildən isə MHP Baş Katibidir.
2007, 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Bursa ilindən Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib.
İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXIII çağırış deputatları Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları