Özgül Saki () — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Özgül Saki 1967-ci ildə Zonquldak ilinin Çaycümə ilçəsində anadan olub. 1990-cı ildə ODTÜ Təhsil Bölməsindən məzun olub. Kocaeli Universiteti Fənn və Ədəbiyyat Bölməsində magistr dərəcəsi alıb.
Uzun illər müəllim olaraq çalışıb. Təhsil və Elm İşçiləri İttifaqının (EĞİTİM SEN) üzvü olub. Daimi olaraq 8 Mart Feminist Gecə Yürüşlərinə və LGBTİ+ Yürüşlərinə qatılır.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kişi və Qadınlar üçün Bərabər Cəmiyyət Komissiyasının vəzifəsində təmsil olunub.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyə fizikləri