Bədheybətlər şirkəti () — 2001-ci il ABŞ istehsalı animasiya filmi. "Pixar'" studiyası tərəfindən hazırlanıb. Rejissoru Piter Dokterdir. Ssenari müəllifi Endrü Stenton və Den Qersondur. Film "Bədheybətlər şirkəti"də çalışan iki yoldaş, Ceyms P. "Salli" Sallivan və onun ən yaxşı dostu Mayk Vazovskinin hekayəsindən bəhs edir.

Məzmun Salli və Maykın peşəsi insanların yaşadığı dünyaya keçid açaraq uşaqları qorxutmaqdır, şirkət bu sayədə onların qışqırığından enerji əldə edir. Bədheybətlər bu işi təhlükəli hesab edirlər, uşaqların ölümcül olduğuna inandıqları üçün onlara toxunmurlar. Bir gün səhvən insan dünyasına aparan qapı açıq qalır və Monstropolisə balaca qız uşağı daxil olur. Bunu öyrənib təlaşlanan Salli və Mayk uşağı heç kimin xəbəri olmadan öz dünyasına qaytarmalıdırlar.

İstinadlar

Xarici keçidlər

Pixar website

Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:Pixar cizgi filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin bədheybət filmləri Kateqoriya:Tokyopop komiks başlıqları Kateqoriya:İngilis dilində fentezi komediya filmləri Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:İngiliscə dost komediya filmləri Kateqoriya:2001-ci ilin filmləri Kateqoriya:Disney cizgi filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin baddi komediya filmləri Kateqoriya:2000-ci illərin bədheybət filmləri Kateqoriya:ABŞ-nin tammetrajlı animasiya filmləri