Şimali Vyetnamın Laosa soxulması — Vyetnam Demokratik Respublikasının (VDR) 1958–1959-cu illərdə Laos ərazisində hərbi fəaliyyətləri. VDR Laos krallığına qarşı döyüşmək üçün Patet Laonu dəstəkləmişdi. Laos üzərində nəzarət Vyetkonq (CVMAC) və VXO-nun (Şimali Vyetnam Ordusu) Vyetnam Respublikasında fəaliyyətlərinin gücləndirilməsi üçün əsas təchizat marşrutu kimi xidmət edən Ho Şi Min cığırının tikintisinə imkan yaratmışdı. Beləliklə, Patet Laoya Şimali Vyetnam tərəfindən Laos krallığına qarşı döyüşmək üçün verilən dəstək 1975-ci ildə Cənubi Vyetnam üzərində kommunistlərin son qələbəsində həlledici olmuşdu. Əgər bunlar sadəcə Vyetnam silahsızlaşdırılmış zonasında baş tutsaydı, Cənubi Vyetnam və ABŞ qüvvələri hər hansı CMVAC və VXO hərəkatının qarşısını ala bilərdilər. Həmçinin, bu əməliyyatlar Patet Laonun ABŞ tərəfindən dəstəklənən Laos krallığı üzərində qələbə çalmasına da töhfə vermişdir.
İstinadlar
Əlavə ədəbiyyat
General Vang Pao's Last War, New York Times Magazine, May 11, 2008
Kateqoriya:1958-ci ildə Laos Kateqoriya:1959-cu ildə Laos Kateqoriya:1958-ci ildə Vyetnam Kateqoriya:1959-cu ildə Vyetnam Kateqoriya:1958-ci ildəki münaqişələr Kateqoriya:1959-cu ildəki münaqişələr Kateqoriya:Vyetnam müharibəsinin kampaniyaları Kateqoriya:Laosda vətəndaş müharibəsi