Ağa Hacıbala oğlu Zeynallı () — Azərbaycan tarixçisi, tədqiqatçı. Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı Ağa Zeynallı 20 iyun 1952-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. Orta təhsilini keçmiş 13 saylı, indiki 6 saylı dəmiryol orta məktəbində almışdır. 1977-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca tarixçidir.

Ağa Zeynallı 31 may 2023-cü ildə Kürdəmir şəhərində vəfat etmiş, orada da dəfn olunmuşdur.

Fəaliyyəti Kürdəmir tarixinin tədqiqinə tələbəlik illərindən başlamışdır. XX əsrin 80–90-cı illərində mətbuatda bununla bağlı silsilə yazıları dərc edilmişdir. 15-ə qədər kitabın müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ailəsi Ağa Zeynallı əslən Şamaxının Sarıtorpaq məhəlləsindən, şair Məhəmməd Hadi şəcərəsindəndir.

Kitabları Kürdəmir faciəsi və Qafqaz islam ordusunun qurtuluş savaşları (1918). Bakı: Şirvannəşr, 2010, 195 səh.AMK. Elektron kitabxana. Tarix. Tarix elmləri: Z Kürdəmir 1883–1923-cü illərdə. Bakı, 2011 Yaşamaq yanmaqdır yanasan gərək. Bakı, 2012 Kürdəmir və Kürdəmirlilər Soykökümüz Mənşəyimiz. Bakı, 2013 Kürdəmir xanlıqlar dövründə və müridizm hərəkatında (1743–1883). Bakı: Elm və təhsil, 2013, 160 səh. Kürdəmir 1923–1963-cü illərdə. Bakı, 2014 Kürdəmirin tarix yaradan oğlu Mustafa Mahmudov. Bakı, 2014 Kürdəmir təhsilinin tarixi. Bakı: Elm və təhsil, 2015, 279 səh. Məktəb tariximiz, müəllimlərimiz, müqəddəslərimiz. Bakı: Elm və təhsil, 2016, 239 səh. Kürdəmir səhiyyəsinin tarixi. Bakı, 2017 Heç nə unudulmur, heç nə yaddan çıxmır. Bakı: Elm və təhsil, 2018, 159 səh. Ömrün müdrik çağı İsa Hacıyev 90. Bakı, 2019 Kürdəmir: Açılmamış səhifələrin izi ilə. Bakı, 2022 Getmək istəyirsən bəhanəsiz get. Bakı, 2023

Mükafatları "Qızıl Qələm" media mükafatı — Bakı, 2010 "Şöhrət mükafatı" — Bakı, 2015 "Məmməd Əmin Rəsulzadə" Müstəqil Milli mükafatı — Bakı, 2018

İstinadlar