() — Vyetnam Respublikasının hərbi və siyasi xadimi.

O, Vyetnamda hündürboylu şəxs sayılırdı. Bu səbəbdən "Böyük Min" ləqəbini almışdı.

Həyatı 1963-cü ildə prezident Nqo Din Zyemin ölümünə səbəb olan hərbi çevriliş həyata keçirmişdir. Bundan sonra o, iki ay Vyetnam Respublikasının diktatoru olmuşdur. 1975-ci ildə prezident Nquyen Van Thieu ölkədən qaçdıqdan iki gün sonra çox qısa müddətə ölkəyə yenidən rəhbərlik etmişdir. 1983-cü ildə ailəsi ilə birlikdə Fransaya getməyə icazə almış, daha sonra ABŞ-yə köçmüşdür. O, Pasadenada yaşamış, 2001-ci ildə vəfat etmişdir.

Sürgündə Zıonq Van Min heç vaxt siyasi fəaliyyətlə məşğul olmayıb və heç bir xatirə qoyub getməmişdir.

İstinadlar

Kateqoriya:Cənubi Vyetnamın dövlət başçıları Kateqoriya:İkinci Dünya müharibəsində Fransa hərbçiləri Kateqoriya:Birinci Hind-Çin müharibəsi iştirakçıları Kateqoriya:Vyetnam antikommunistləri