Wilson James Whineray () — Yeni Zelandiyada biznes meneceri və reqbi oyunçusu kimi fəaliyyət göstərib. O, 2014-cü ildə Richie McCaw tərəfindən üstələnənə qədər milli reqbi ittifaqı komandasının, ən uzun müddət ərzində xidmət edən kapitanı idi.

Daxili karyerası Wilson Whineray ilk karyerasında bir sıra komandalarda dayaq mövqeyində oyanmışdı. Wairarapa , Mid Canterbury , Manawatu , Canterbury , Waikato və nəhayət , doğma şəhəri olan Oklend komandasında oynadı. 1959–1966-cı illər arasında 61 oyun keçirdi. O, həmçinin Cənubi Ada , Şimal Ada və Yeni Zelandiya millisində oynamışdı.

Beynəlxalq karyerası O, 1957–1965-ci illər arasında 77 oyun keçirdi, 67 — oyunda kapitan olaraq cıxış etdi. Whineray 1962-ci il Yeni il mükafatlarında idmana, xüsusən də reqbi futboluna göstərdiyi xidmətlərə görə Britaniya İmperiyasının (OBE) ordeni ilə təltif olundu. 1965-ci ildə Yeni Zelandiyada ilin idmançısı seçildi.

İdman statistikası Testlər: 32 (30 kapitan kimi) Oyunlar: 45 (37 kapitan kimi) Ümumi matçlar: 77 (67 kapitan kimi) Test xalları: 6 (2 cəhd) Oyun xalları: 18 (5 cəhd, 1 qol) Ümumi xal: 24 (7 cəhd, 1 buraxılan qol)

İstinadlar

Kateqoriya:Britaniya imperiyası ordeninin Böyük Xaç cəngavəri