Kenterberi (, /; , ) — İngiltərənin cənub-şərqində Kent qraflığında qədim şəhər, Siti-of-Kenterberinin "siti" statusuna malik rayonun inzibati mərkəzi.
Londondan 85 km cənub-şərqdə yerləşir, anqlikan kilsəsinin priması olan Kenterberi arxiyepiskopunun kafedrası kimi tanınır. 2001-ci ildə əhalisi 43,4 min nəfər idi.
Kenterberi məşhur turizm məkanıdır, Birləşmiş Krallıqda ardıcıl olaraq ən çox ziyarət edilən şəhərlərdən biridir. Bundan başqa, Kenterberi əhəmiyyətli tələbə əhalisinə və ölkədə daimi sakinlərə nisbətdə ən yüksək tələbə nisbətinə malikdir.Kentish Gazette 14 May 2015
İdman "Kenterberi Siti" Futbol Klubu 1904-cü ildə yaradılmış və 1910-cu ilə qədər fəaliyyət göstərmişdir. Klub 1920-ci ildə yenidən qurulmuş, lakin fəaliyyətini 1922-ci ilə qədər davam etdirmişdir. Yeni "Kenterberi Siti" 1947-ci ildə təsis edilmiş, lakin 2001-ci ildə "Kinqsmid" stadionundan qovulduqdan sonra dağılmışdır. Klub 2007-ci ildə yenidən qurulmuşdur.
İstinadlar
Xarici keçidlər
Сайт органов местного самоуправления Сайт о Кентербери для туристов Kateqoriya:Kenterberi Kateqoriya:Xristianlıq