Avstriya Sosialist Partiyası (, , SPÖ) — Avstriyada sosial-demokrat siyasi partiya. 1889-cu ildə Avstriya Sosial Demokrat Fəhlə Partiyası (, SDAPÖ) olaraq yaradılmış və daha sonra 1945-ci ildən 1991-ci ilə qədər Avstriya Sosialist Partiyası () adı ilə tanınmışdır. Avstriyadakı mövcud ən köhnə siyasi partiyadır. Avstriya Xalq Partiyası (ÖVP) ilə yanaşı, ölkənin iki ənənəvi əsas partiyasından biridir. Siyasi spektrdə sol mərkəzlidir.

2023-cü ilin iyun ayından partiyaya Andreas Babler rəhbərlik edir. Hazırda Milli Şuradakı beş partiya arasında 183 yerdən 40-na sahib olan ikinci ən böyük partiyadır və 2019-cu il qanunvericilik seçkilərində səslərin 21,2 faizini qazanıb. O, bütün doqquz əyalətin qanunverici orqanında yer tutur; bunlardan üçündə (Burqenlənd, Karintiya və Vyana) ən böyük partiyadır. SPÖ Avstriyanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyir (458 KiB) Party platform, see articles I.(1) and III.7.(1): "strive for a society that overcomes class antagonisms", "only the advancement of political to economic, and therefore social, democracy establishes the precondition for the realization of our basic principles". və Proqressiv Alyansın və Avropa Sosialistlər Partiyasının üzvüdür. Sosialistlər və Demokratların Mütərəqqi Alyansı ilə Avropa Parlamentində yer alır; Avstriyanın 19 deputatından beşi SPÖ üzvüdür. Partiyanın Avstriya Həmkarlar İttifaqları Federasiyası (ÖGB) və Avstriya Əmək Palatası (AK) ilə sıx əlaqələri var.

SDAPÖ 1890–1910-cu illərdə Avstriya-Macarıstan İmperiyasının İmperator Şurasında ikinci ən böyük partiya idi. O, Birinci Dünya müharibəsindən sonra qısa müddətlik Birinci Avstriya Respublikasını idarə etdi, lakin sonra yenidən müxalifətə qayıtdı. Partiya Avstriya Vətəndaş Müharibəsindən sonra 1934-cü ildə qadağan edildi və Avstrofaşist və Nasist dövründə repressiyalara məruz qaldı. Partiya 1945-ci ildə Avstriya Sosialist Partiyası olaraq yenidən quruldu və 1966-cı ilə qədər ÖVP-nin kiçik partnyoru kimi idarə olundu. 1970-ci ildə SPÖ ilk dəfə müharibədən sonrakı tarixdə ən böyük partiya oldu və Bruno Kreyski üç dəfə ardıcıl (1971, 1975 və 1979) səs çoxluğu qazanaraq kansler oldu. SPÖ 30 ildən sonra ilk dəfə müxalifətə qayıtmazdan əvvəl 1987–2000-ci illərdə ÖVP ilə böyük koalisiyaya rəhbərlik edib. Partiya 2007–2017-ci illərdə yenidən hakimiyyətdə qaldı. 2017-ci ildən SPÖ Sebastyan Kurz, Aleksandr Şallenberq və Karl Nehammerin ÖVP hökumətlərinə qarşı əsas müxalifətdir.

İstinadlar

Kateqoriya:Avstriyadakı siyasi partiyalar Kateqoriya:1889-cu ildə yarananlar Kateqoriya:Avstriya sosial demokratları Kateqoriya:Sol mərkəzçi partiyalar Kateqoriya:Sosial demokrat partiyalar